11 İyul 2026 15:07
1820
Elm və texnika
A- A+
Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Görüş zamanı “Yüksəliş” müsabiqəsinin ölkəmizdə yeni nəsil idarəçilərin formalaşmasına, onların peşəkar inkişafına və idarəçilik potensialının üzə çıxarılmasına verdiyi töhfələrdən bəhs olunub. Müsabiqə qaliblərinin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dövlət və özəl sektorda uğurlu karyera imkanlarının genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyəti vurğulanıb.

Nazir Rəşad Nəbiyev qaliblərlə söhbət zamanı rəqəmsal transformasiya, innovasiyalar və müasir idarəçilik yanaşmaları barədə fikirlərini bölüşüb. O, gələcəyin idarəçiləri üçün çevik düşüncə, strateji yanaşma, texnologiyalara açıq olmaq və davamlı inkişafın vacibliyini qeyd edib.

Nazir, həmçinin “Yüksəliş” müsabiqəsi çərçivəsində həyata keçirilən Mentorluq Proqramının əhəmiyyətindən danışıb. O, qaliblərlə yanaşı, proqramda mentilərlə işləməyin də mühüm təcrübə olduğunu qeyd edib. Bildirib ki, bu proqram perspektivli kadrların peşəkar baxışının formalaşmasına, idarəçilik təcrübəsi qazanmasına, real iş mühiti və qərarvermə prosesləri ilə daha yaxından tanış olmasına imkan yaradır. Mentorluq Proqramının qarşılıqlı inkişaf platforması olduğunu vurğulayan Rəşad Nəbiyev bu prosesin həm qaliblər, həm də mentorlar üçün faydalı bilik və təcrübə mübadiləsinə şərait yaratdığını diqqətə çatdırıb.

Sonda müsabiqə qalibləri onları maraqlandıran sualları ünvanlayıb və peşəkar inkişafla bağlı fikir mübadiləsi aparıblar.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

12:33
17 Avqust

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

12:31
17 Avqust

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

10:13
17 Avqust

Qızıl və gümüş bahalaşıb

10:09
17 Avqust

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:03
17 Avqust

 Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

09:41
17 Avqust

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

09:27
17 Avqust

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

09:23
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!