13 Dekabr 2025 08:05
257
SİYASƏT
A- A+
Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir


Azərbaycanın müasir tarixində xüsusi yeri olan Ulu Öndər Heydər Əliyev hər kəsin qəlbində dərin ehtiramla anılan, ölməz xatirəsi yaşayan dövlət xadimi kimi yuva qurub. Onun dövlətçilik irsi kimi, ailəsinə verdiyi dəyər hər zaman nümunəvi olub, xüsusən də oğlu İlham Əliyevə olan münasibəti ilə diqqət çəkib.

 Heydər Əliyevin ailə dəyərlərinə verdiyi önəm, övladlarına qarşı qayğıkeş münasibəti və onlara aşıladığı məsuliyyət hissi şəxsiyyətinin tamamlayıcı cəhətlərindən biri kimi qiymətləndirilir. Dövlət idarəçiliyində sərt və prinsipial olan Heydər Əliyev ailə mühitində daha çox humanist, anlayışlı və dəstəkçi bir ata obrazı ilə seçilirdi. Ulu Öndərin bu qayğıkeş və tələbkar ata obrazı təkcə ümumi təsvirlərdə deyil, konkret həyat hadisələrində də özünü göstərirdi.  Ata kimi göstərdiyi tələbkarlığın və diqqətin  bir nümunəsini Prezident İlham Əliyevin orta məktəbdə biologiya müəllimi olmuş Emma Kazımova  bir neçə il əvvəl belə nəql etmişdi: "Bir dəfə İlham dərsini yaxşı öyrənməmişdi. Mən bundan çox narazı qaldım. O zaman Heydər Əliyev Moskvada ittifaq əhəmiyyətli hansısa bir tədbirdə idi. Həmin gün axşam Moskvadan evə zəng vurub. Zərifə xanım ona bildirib ki, İlham dərsinə zəif hazırlaşıb. Atası oğlu ilə də danışıb və tapşırıb ki, dərslikdən əlavə "Böyük Uşaq Ensiklopediyası"nı tapıb oxusun, tapşırığı ətraflı öyrənsin. İlham elə də etmişdi. Növbəti dərsdə verdiyi cavab olduqca hərtərəfli, dolğun və mükəmməl idi. Ümumiyyətlə,  Əliyevlər ailəsi təkcə övladlarına qarşı deyil, həm də məktəblə, müəllimlərlə davranışlarında çox həssas və diqqətli idilər".

Emma Kazımovanın xatırlatdığı bu hadisə Heydər Əliyevin valideynlik prinsipiallığını və övladlarının təlim-tərbiyəsinə göstərdiyi xüsusi diqqəti aydın şəkildə nümayiş etdirir.  Evindən uzaqda - Moskvada dövlət işi ilə məşğul olduğu halda belə övladının dərs hazırlığı ilə maraqlanması onun ailə məsuliyyətini, övlad sevgisini heç vaxt arxa plana keçirmədiyinin göstəricisidir. İlham Əliyevin növbəti dərsdə verdiyi yüksəksəviyyəli cavab isə atasının qoyduğu tələbin tərbiyəvi gücünü və ailədə formalaşdırılan məsuliyyət mühitini təsdiqləyir. Ümumiyyətlə, müəllimin həmin xatirəsi Əliyevlər ailəsinin təhsil, müəllim hörməti və övlad tərbiyəsi kimi dəyərlərə nə qədər ciddi yanaşdığını bir daha önə çıxarır. 

İlham Əliyevin siyasi arenada formalaşmasında və inkişafında Heydər Əliyevin verdiyi tövsiyələr, göstərdiyi dəstək və yaratdığı şərait mühüm rol oynayıb. Ulu Öndərin liderliyi yalnız dövlət səviyyəsində deyil, ailə daxilində də özünü göstərmiş, həm şəxsi, həm də ictimai həyatda  aydın şəkildə ifadə olunmuşdur. Bu ata-oğul  arasında siyasi varislik və dövlətin gələcəyi ilə bağlı qarşılıqlı hörmət,  anlayış var idi. Bir-birinə olan münasibətləri  ailənin və Azərbaycanın  gələcəyini formalaşdıran əsas amillərdən sayılırdı. Bunu hər bir azərbaycanlı onların davranışlarında  hiss edir, görür və təqdir edirdi. Ulu Öndər  oğlunu yalnız şəxsiyyət olaraq deyil, həm də Azərbaycanın gələcək lideri kimi yetişdirib, onu milli məsuliyyətə yönləndirib. İlham Əliyevi Azərbaycana xidmət etməyə hazırlayaraq, çiyinlərinə çox böyük bir məsuliyyət yükləyib. Və nə yaxşı ki Prezident İlham Əliyev bu yükün ağırlığından qorxmayıb,  atasının etimadını doğruldaraq, dövlətçilik ənənələrini davam etdirib, ölkənin inkişafı və müasirləşməsi istiqamətində ardıcıl siyasət yürüdüb.

Bu mənada Heydər Əliyev İlham Əliyev üçün təkcə ata yox, həm də siyasi mentor olmuşdur. Azərbaycanın gələcək liderinə dövlətçilik prinsipləri, idarəetmə mədəniyyəti və milli maraqlara xidmət kimi əsas dəyərləri ötürmək Heydər Əliyevin ən böyük məqsədlərindən idi. Ulu Öndər daim vurğulayırdı ki, dövləti idarə etmək yalnız siyasi bilik deyil, həm də məsuliyyət, uzaqgörənlik və xalqın etimadını qazanmaq bacarığı tələb edir. Ona görə də  İlham Əliyevin siyasi təcrübə qazanması üçün geniş imkanlar yaratmış, onun beynəlxalq münasibətlər, iqtisadiyyat və dövlət strukturlarının iş prinsipləri barədə dərindən məlumatlanmasına xüsusi diqqət yetirmişdi. Bu proses təkcə ailə daxilində öyüd-nəsihət şəklində yox, həm də real siyasi mühitdə, praktiki fəaliyyət yolu ilə həyata keçirilirdi. 

Beləliklə, Heydər Əliyevin İlham Əliyevə göstərdiyi siyasi rəhbərlik həm ata qayğısı, həm də dövlətçilik məsuliyyəti ilə sıx bağlı idi. O, övladının şəxsiyyət kimi formalaşmasını dəstəkləməklə yanaşı, Azərbaycanın gələcək inkişafına hazırlıqlı bir lider kimi yetişməsinə də töhfə vermişdi. Atasının  siyasətini və dəyərlərini, eləcə də həyat fəlsəfəsini  öyrənən İlham Əliyev 22 ildir onun  dövlətçilik ənənələrindən yola çıxaraq ölkəni inkişaf etdirir. Heydər Əliyevin ata kimi verdiyi dəyərləri, öyrətdiyi azərbaycançılıq ideologiyasını və siyasətini dərindən mənimsəyərək, dinamik lider imici ilə öz liderlik yolunda inamla addımlayır. Prezidentin  ən mühüm cəhətlərindən biri atasının siyasətini öz müstəqil siyasi baxışları ilə birləşdirməsidir. O həm daxili siyasətdə, həm də beynəlxalq müstəvidə özünə aid bir liderlik üslubu yaradaraq,  həm Heydər Əliyevin irsini yaşadır, həm də Azərbaycana başçılıq edir. Bu, onu yalnız bir siyasi varis olaraq deyil, həm də özünəməxsus və dinamik bir lider kimi təqdim edir.

Ulu Öndərin  neft strategiyası, enerji siyasəti, milli təhlükəsizlik və regional diplomatiya sahəsindəki islahatları Azərbaycanın iqtisadiyyatını şaxələndirərək ölkəni uzunmüddətli inkişaf yoluna saldı. İlham Əliyev atasının qoyduğu irsin üzərində yüksələrək, Azərbaycanın qarşısında duran ən çətin məsələlərdən birinə - Qarabağ münaqişəsinə son nöqtəni qoydu.  2020-ci ildəki 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa, 2023-cü ilin sentyabrında isə ölkənin suverenliyini əldə etdi.  Prezident İlham Əliyev  beynəlxalq diplomatik müstəvidə də Qarabağın işğaldan azad edilməsi prosesində böyük bir strateji uğur qazandı. Bu proses həmçinin Azərbaycanın millət olaraq birlik və gücünü göstərdi.

Müstəqil Azərbaycan Heydər Əliyevin böyük arzularının və zəhmətinin bəhrəsidir, azad Qarabağ isə İlham Əliyevin iradəsinin və əzminin simvoludur. Müstəqil Azərbaycan Ulu Öndərin,  azad Qarabağ isə İlham Əliyevin əsəridir. Heydər Əliyev müstəqil Azərbaycanın təməlini qoyaraq gələcəyə gedən yolu açdı.  İlham Əliyev isə həmin təməl üzərində qətiyyətlə addımlayıb Azərbaycanın ərazi bütövlüyünü  və suverenliyini bərpa etdi, ölkənin müstəqilliyini və gücünü möhkəmləndirdi.  Beləliklə, ata-oğul  liderlərin əməlləri Azərbaycanın suveren, azad və qüdrətli bir dövlət olmasının parlaq və əbədi nümunəsinə çevrildi.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!