29 Sentyabr 2023 10:05
8896
Oxucu məktubları
A- A+

Müraciətim qısa vaxtda həll olundu

 

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlardan biri də oğlum İlqar Qurbanovdur. O, Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuşdur. 
Var olsun dövlətimiz. Şəhid oğlumun xatirəsinə böyük ehtiram göstərərək onun adını daim əziz tutur. Rayon rəhbərliyi tez-tez bizi ziyarət edərək problemlərimizlə maraqlanır. Elə bu yaxınlarda dövlət vəsaiti ilə qəza vəziyyətində olan evimiz sökülərək, yerində hər bir şəraiti olan ev tikilib.
Bu yaxınlarda rayon icra hakimiyyətinin rəhbərləri qəsəbəmizdə şəhid ailələri və qazilərlə görüş keçirərkən daha bir xahiş etdim. Bildirdim ki, yağıntı zamanı evimizin həyətində palçıq olur. Sağ olsunlar, problemi həll etmək üçün həyətə qum-çınqıl töküldü. 
Hörmətli redaksiya! Xahiş edirəm, bir şəhid anası kimi xahişimizi reallaşdıran rayon rəhbərlərinə ailəmiz adından minnətdarlığımızı bildirəsiniz.

Məlahət QURBANOVA,
Goranboy rayonu Qızılhacılı qəsəbəsi, şəhid anası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video