28 Mart 2025 20:27
440
CƏMİYYƏT
A- A+
Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrik mətnində deyilir:

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, xeyirxahlıq və humanizm duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz yüksək tutulub, adət və ənənələrimizin qorunub saxlanması reallığa çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, atılan qətiyyətli addımlar sayəsində, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində dövlətimizin iqtisadi dayaqları möhkəmlənib, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği həyata keçirilib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb, dəyərlərimizin dünyada daha yaxından tanınması təmin olunub.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun müasirləşdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin genişmiqyaslı təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirib və nəticədə 2020-ci il tariximizə Zəfər ili kimi yazılıb. 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa edilib.

Dövlət müstəqilliyinin əsas atributlarından biri sayılan Üçrəngli Bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə qalib Ordumuz Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hər zaman olduğu kimi, Ramazan bayramı günlərində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid valideynlərini, onların ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə xalqımıza firavanlıq, xoşbəxtlik və süfrələrimizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimiz müstəqil Azərbaycan naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ali Məhkəmə vahid mülkiyyət hüququna dair mühüm qərar qəbul edib

12:02
01 Aprel

Media: Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb  

11:58
01 Aprel

Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı dövlət tərəfindən ödəniləcək  

11:56
01 Aprel

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

11:55
01 Aprel

“TRT Avaz”: Qarabağda işğalın izləri silinir

11:54
01 Aprel

Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi yekunlaşıb

11:26
01 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib YENİLƏNƏCƏK  

11:25
01 Aprel

Trans-Xəzər marşrutu layihələri Astana və Brüsselin diqqət mərkəzindədir

11:24
01 Aprel

Milli Məclisin növbəti plenar iclası keçirilir, gündəlikdə 15 məsələ yer alıb

11:23
01 Aprel

“E-polis”dən növbəti yenilik: artıq dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

11:22
01 Aprel

“Türkiye” qəzeti: Azərbaycanda ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb

11:21
01 Aprel

FHN: Bayram günlərində ümumilikdə 501 yanğına çıxış olub

11:20
01 Aprel

Aprelin 6-da imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə

10:40
01 Aprel

Azərbaycan nefti 3 faizədək bahalaşıb

10:40
01 Aprel

Diaspor üzvü: Məqsədimiz azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarını dünyaya çatdırmaq, ədalətə nail olmaqdır  

10:26
01 Aprel

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb  

10:24
01 Aprel

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

09:59
01 Aprel

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

09:36
01 Aprel

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib  

09:34
01 Aprel

Haaqada soyqırımı qurbanlarının xatirəsi yad edilib

09:33
01 Aprel

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb  

09:28
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!