Minilliyin xalq sənəti - həsirçilik
Həsirçilik minilliklər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növüdür. Cənub bölgəsi sayılan Masallı, Lənkəran və Astara rayonlarında indinin özündə də bu qədim xalq sənətini yaşadanlar var.
Həsir toxumaq üçün yaz-yay aylarında qamış toplanılır və 2 həftə ərzində qurudulur. Bir həsir naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə hazırlanır. Özü də bu sənətlə il boyu məşğul olurlar.
Astara rayonu Kakalos kənd sakini, fəxri mədəniyyət işçisi Fərbiyyə Şabanova həsirçilik haqqında deyir: "Cənub bölgəsinin iqlimi rütubətlidir. Həsir isə qədimdən rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biridir. Döşəməyə həsir sərilən evdə rütubət olmaz. Məhz buna görə də cənub bölgəsində həsirə tələbat böyükdür. Üstəlik, dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər. Onu da deyim ki, kənd sakini Minarə Əliyevanın toxuduğu həsirlər 1987-ci ildə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş olunaraq diploma layiq görülüb".
Kakalos kənd mədəniyyət evi nəzdində yaradılmış xalq tətbiqi sənəti klubunda yeni nəsil gənclər bu sənəti böyük həvəslə öyrənirlər. Klubun rəhbəri Rüfət Rzayev isə həsirçilik haqqında öz fikirlərini belə bildirir: "Həsir toxunan zaman daha çox həndəsi fiqurlardan istifadə edilir. Qamışdan təkcə həsir deyil, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar da hazırlanır. Həmçinin həsirdən meyvələrin təravətli qalmasında, ipəkçilikdə, taxılın saxlanmasında istifadə olunur. Azərbaycan Elmlər Akademiyasının arxeoloqları bu ərazidə e.ə. IV minilliyə aid həsir izləri aşkar ediblər".
Onu da bildirək ki, "Şərikli çörək", "Bizim Cəbiş müəllim" və s. filmlərdə istifadə olunan həsir zənbillər cənub bölgəsində toxunmuşdur.
Z.ƏLİYEV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!