12 Sentyabr 2026 00:24
1270
Nazirlər Kabineti
A- A+
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

№ 291

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 240 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə tabeliyində olduğu quruma məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin tabeliyində olduğu qurumun icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

1.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 867 (Cild I); 2024, № 9, maddə 1095; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi” üzrə:

2.1.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

2.1.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi” üzrə:

2.2.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

2.2.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 873 (Cild I) ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

3.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 860 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 4.9-cu bəndində aşağıdakı dəyişikliklər edilsin:

4.1. birinci cümləyə “görərkən” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyəti həyata keçirərkən” sözləri əlavə edilsin;

4.2. üçüncü cümləyə “işləri” sözündən sonra “və minatəmizləmə fəaliyyəti” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1206 (Cild I); 2024, № 2, maddə 246; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.16-cı bənd üzrə:

5.1.1. birinci cümləyə “görərkən” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyəti həyata keçirərkən” sözləri əlavə edilsin;

5.1.2. üçüncü cümləyə “işləri” sözündən sonra “və minatəmizləmə fəaliyyəti” sözləri əlavə edilsin;

5.2. 2.17-ci bəndin birinci cümləsinə “tarixi” sözündən əvvəl “, habelə minatəmizləmə fəaliyyəti” sözləri əlavə edilsin.

6. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 mart tarixli 78 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 297 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Qərarla təsdiq edilmiş “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” üzrə:

6.1.1. aşağıdakı məzmunda 3.1.4-1-ci yarımbənd əlavə edilsin:

“3.1.4-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

6.1.2. 4.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olmadan minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin;

6.2. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” üzrə:

6.2.1. aşağıdakı məzmunda 3.1.4-1-ci yarımbənd əlavə edilsin:

“3.1.4-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

6.2.2. 4.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olmadan minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin;

6.3. “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” üzrə:

6.3.1. aşağıdakı məzmunda 3.1.4-1-ci yarımbənd əlavə edilsin:

“3.1.4-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

6.3.2. 4.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olmadan minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 856 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

7.2. 4.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli 323 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 742 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”nə aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruq ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Nazirliyə məlumat verilir. Həmin ərazidə minatəmizləmə fəaliyyəti Nazirliyin icazəsi ilə davam etdirilir.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 sentyabr tarixli 431 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1094 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

9.1. aşağıdakı məzmunda 2.1.5-1-ci yarımbənd əlavə edilsin:

“2.1.5-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Agentliyə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Agentliyin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

9.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 sentyabr tarixli 432 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1095 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

10.1. aşağıdakı məzmunda 2.1.5-1-ci yarımbənd əlavə edilsin:

“2.1.5-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Agentliyə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Agentliyin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

10.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli 72 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 3, maddə 283 (Cild I) ilə təsdiq edilmiş “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

11.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Nazirliyə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Nazirliyin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

11.2. 4.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

12. “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 23 aprel tarixli 128 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (II kitab), maddə 416 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

12.1. həmin Qərarla təsdiq edilmiş “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun Əsasnaməsi” üzrə:

12.1.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Nazirliyə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Nazirliyin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

12.1.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin;

12.2. həmin Qərarla təsdiq edilmiş “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” üzrə:

12.2.1. aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

“2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Nazirliyə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Nazirliyin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;”;

12.2.2. 5.1.2-ci yarımbəndə “aparılmasına” sözündən sonra “, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə” sözləri əlavə edilsin.

Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 10 sentyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!