17 Oktyabr 2026 03:07
1223
Nazirlər Kabineti
A- A+
Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında


№ 337


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” 2024-cü il 29 oktyabr tarixli 466 nömrəli Qərarı ilə Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınmasının müddəti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə uyğun olaraq 1 (bir) il müddətinə uzadılsın.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 1-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 14 ” “ oktyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

14:34
20 Oktyabr

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:33
20 Oktyabr

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub  

14:32
20 Oktyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq 

14:31
20 Oktyabr

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

14:30
20 Oktyabr

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb  

13:39
20 Oktyabr

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Milli Məclisin sədri: TÜRKPA çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk  

13:23
20 Oktyabr

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  

13:09
20 Oktyabr

Zəngilan: tarixi yaddaşdan böyük qayıdışa  

12:41
20 Oktyabr

Dövlət Neft Fondunun qızıl ehtiyatları açıqlanıb

12:37
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!