28 Fevral 2025 18:24
970
PARLAMENT
A- A+
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas keçirilib

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas keçirilib


Fevralın 28-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova fevralın 18-dən 20-dək Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər barədə danışıb, ötən dövrdə təşkilatın institusional inkişafı istiqamətində Milli Məclis tərəfindən irəli sürülmüş təşəbbüslərdən söz açıb. Sahibə Qafarova onu da deyib ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. Asiya Parlament Assambleyasının qəbul etdiyi Bakı bəyannaməsinin bir bəndində Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilir.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə parlamentin komitə sədri Hicran Hüseynova, deputatlar Şahin Seyidzadə, Sahib Alıyev, Müşfiq Cəfərov, Nizami Səfərov, Pərvanə Vəliyeva, Razi Nurullayev, Tural Gəncəliyev, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Cavanşir Feyziyev, Rəşad Mahmudov, Hikmət Məmmədov çıxış ediblər. Çıxışlarda müasir dünyada baş verən mürəkkəb hadisələr fonunda Azərbaycanın milli maraqlar və praqmatizm üzərində qurulmuş siyasəti ilə seçildiyi bildirilib. Vurğulanıb ki, məhz belə bir dövrdə Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xalqımızın öz dövlətçiliyinə, Konstitusiyasına və müstəqilliyinə verdiyi önəmin ifadəsidir.

Parlamentin sədri Sahibə Qafarova bu günlərdə Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına 100 müraciətin ünvanlandığını diqqətə çatdırıb.

Çıxışlarda, habelə 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrinin Azərbaycana qarşı təxribatların tərkib hissəsi olduğu, bu günlərdə isə Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanat verdiyi və beləliklə, bu ölkənin tarixi saxtakarlığı davam etdirdiyi qeyd olunub.

Deputatlar Ermənistan tərəfindən törədilən ekoloji terrordan da bəhs ediblər, bunun Cənubi Qafqaz və Xəzəryanı ölkələrin ətraf mühiti üçün təhdid olduğunu söyləyiblər. Bildirilib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekosidə görə təzminat ödəməli, region əhalisinin hüquqlarını pozmaqla apardığı dağ-mədən sənayesi işlərini dayandırmalıdır. Millət vəkilləri, həmçinin Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pislədiklərini bildiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 16 məsələnin daxil edildiyini və ilk 6 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş) barədə danışıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova xatırladıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu gün birinci səsvermə keçirilib, altı aydan sonra bu Konstitusiya Qanununun ikinci səsverməsi olacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən söz açıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb və sənədin səsə qoyulmasını xahiş edib.

Azər Əmiraslanov sənəd haqqında rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 Sahibə Qafarova növbəti məsələnin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu nəzərə çatdırıb. O, sənədin uyğunlaşdırma xarakteri daşıdığını deyib və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələyə dair məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri növbəti 5 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu deyib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Sənədlə bağlı müzakirələrdə deputatlar Vüqar Bayramov, Kamal Cəfərov öz fikir və təkliflərini açıqlayıblar. Komitə sədri Arzu Nağıyev səsləndirilən fikirlərə münasibət bildirib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib, onun səsə qoyulmasını xahiş edib.

Deputat Aydın Hüseynov məsələ barədə öz fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib və səsə qoyulmasını xahiş edib.

Arzu Nağıyev sənədlə bağlı bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən danışıb.

Arzu Nağıyev məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Azər Əmiraslanov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova qalan 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Azər Əmiraslanov “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.

Müzakirələr zamanı deputat Nigar Arpadarai çıxış edərək, bəzi qeydlərini söyləyib. Parlamentin sədri Sahibə Qafarova qaldırılan məsələyə münasibət bildirib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin on dördüncü məsələsi olan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məlumat verib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədri Zahid Oruc, deputatlar Vüqar Bayramov, Fariz İsmayılzadə, Bəhruz Məhərrəmov, Elçin Mirzəbəyli, Mehriban Vəliyeva, Sevinc Fətəliyeva və Rizvan Nəbiyev məsələ barədə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Növbəti qanun layihəsi - “Feldyeger rabitəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev məlumat verib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan "Konstitusiya Məhkəməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.

Deputatlar Qüdrət Həsənquliyevin və Rəşad Mahmudovun dəyişikliklər barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

Premyer Liqa: “Neftçi” və “Sumqayıt”ın oyunları heç-heçə ilə yekunlaşıb

22:01
29 Mart

Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib

21:32
29 Mart

Azərbaycan mütəxəssisləri Qazaxıstanda robot texnikası üzrə məharətlərini nümayiş etdirir

21:05
29 Mart

Ankarada su anbarlarının səviyyəsi azalır

20:47
29 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20:17
29 Mart

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb

18:44
29 Mart

Ağsu çayı üzərində asma körpü və yeni tunel: magistral yol yenilənir

18:43
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik

18:40
29 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:11
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik

18:01
29 Mart

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazdan

17:47
29 Mart

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

17:31
29 Mart

Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

17:23
29 Mart

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

17:00
29 Mart

BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb

16:34
29 Mart

“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib

16:25
29 Mart

Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik

16:04
29 Mart

Kanak xalqının nümayəndəsi: Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar

15:57
29 Mart

Danışan fotolar: Fransa müstəmləkəçiliyinin ağır nəticələri...

15:42
29 Mart

Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar  

15:40
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!