27 Fevral 2025 21:37
973
PARLAMENT
A- A+
Milli Məclisin komitə iclasında üç məsələ müzakirə olunub

Milli Məclisin komitə iclasında üç məsələ müzakirə olunub

Fevralın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Azər Əmiraslanov gündəliyə 3 qanun layihəsinin daxil edildiyini söyləyib.

Əvvəlcə “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edən komitə sədri sənədin Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna 2022-ci ildə edilən müvafiq dəyişikliklərə uyğun olaraq hazırlandığını bildirib.

Belə ki, həmin dəyişikliklərə görə, işğaldan azad edilmiş ərazilərin rezidentləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) verdiyi təsdiqedici sənəd əsasında idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad ediliblər. Buna uyğun olaraq da həmin təsdiqedici sənəd “Lisenziyalar və icazələr haqqında” Qanuna 3 nömrəli əlavədəki “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na daxil edilir.

Gündəliyin ikinci məsələsi olan “Qiymətləndirmə fəaliyyəti haqqında” 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə komitənin üzvü Vüqar Bayramov məlumat verib.

O, bildirib ki, layihədə on üç qanunun qiymətləndirmə məsələlərini tənzimləyən müddəalarının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun ayrı-ayrı normalarına uyğunlaşdırılması təklif olunub. Dəyişiklikləri üç istiqamət üzrə qruplaşdıran deputat birinci istiqamətin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların qiymətinin müəyyənləşdirilməsinin yeni tənzimlənmələrini ehtiva etdiyini diqqətə çatdırıb.

Dəyişikliklərin ikinci istiqaməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda istifadə olunan “qiymətləndirici” və “qiymətləndirici təşkilat” anlayışlarına uyğunlaşdırma xarakteri daşıyır. Üçüncü istiqamət isə digər bir sıra uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi ilə bağlıdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə komitə üzvü Müşfiq Cəfərov məlumat verib. O bildirib ki, rəqəmsal mühitdə reklam fəaliyyətinin genişlənməsi və yeni reklam daşıyıcılarının meydana gəlməsi sözügedən məsələlərin qanunla tənzimlənməsi zərurəti yaradıb. Təklif olunan qanun layihəsi, əsasən iki istiqamətdə dəyişiklikləri nəzərdə tutur.

Qanun layihələrinin müzakirəsi zamanı komitə sədrinin müavini Azər Badamov, komitə üzvləri Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Məşhur Məmmədov, Aydın Hüseynov, Tahir Mirkişili, Vüqar Bayramov çıxış edərək təqdim olunan qanun layihələrinin tətbiqi mexanizmləri, dəyişikliklərlə bağlı fikirlərini və suallarını səsləndiriblər.

Komitə sədri Azər Əmiraslanov, deputat Vüqar Bayramov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Şahin Nağıyev və Vaqif Ataşov qanun layihələri üzrə deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, onların suallarını cavablandırıblar.

Müzakirələrin yekununda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

Premyer Liqa: “Neftçi” və “Sumqayıt”ın oyunları heç-heçə ilə yekunlaşıb

22:01
29 Mart

Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib

21:32
29 Mart

Azərbaycan mütəxəssisləri Qazaxıstanda robot texnikası üzrə məharətlərini nümayiş etdirir

21:05
29 Mart

Ankarada su anbarlarının səviyyəsi azalır

20:47
29 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20:17
29 Mart

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb

18:44
29 Mart

Ağsu çayı üzərində asma körpü və yeni tunel: magistral yol yenilənir

18:43
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik

18:40
29 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:11
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik

18:01
29 Mart

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazdan

17:47
29 Mart

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

17:31
29 Mart

Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

17:23
29 Mart

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

17:00
29 Mart

BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb

16:34
29 Mart

“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib

16:25
29 Mart

Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik

16:04
29 Mart

Kanak xalqının nümayəndəsi: Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar

15:57
29 Mart

Danışan fotolar: Fransa müstəmləkəçiliyinin ağır nəticələri...

15:42
29 Mart

Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar  

15:40
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!