Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib YENİLƏNİB
Aprelin 18-də Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc konfransda aparılacaq müzakirələrin əhəmiyyətindən söz açıb. Son illər ölkəmizin müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getdiyini təqdirlə vurğulayan komitə sədri Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Fransanın ölkəmizə qarşı aşkar ədalətsiz mövqe tutmasının onun müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən çirkin imperialist siyasətini ifşa etdiyini bildirib. Ölkəmiz əleyhinə kampaniya aparan rəsmi Parisin Cənubi Qafqazda hər bir vəchlə yerləşmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planı onun müstəmləkə siyasətinin mahiyyətindən irəli gəlir. Lakin Prezident İlham Əliyev neoimperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayanıb. Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu dövlətimizin siyasi iradəsinin nümayişidir.
Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır.
Omayra Naisselin Yeni Kaledoniyanın apardığı azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, parlamentlərimiz arasında bağlanan əməkdaşlıq memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ zəfərinin müasir dünyaya xalqların rifahının və hüquqlarının təmin edilməsinin daha bir nümunəsini göstərdiyini bildirib. Vurğulayıb ki, Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyi, öz imperialist siyasəti ilə Yeni Kaledoniya kimi dövlətləri əsarətdə saxlaması demokratiya prinsiplərinə və insan hüquqlarının aliliyinə ziddir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə Azərbaycanın beynəlxalq arenada dekolonizasiya prosesini təşviq etməsindən, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləməsindən danışıb, Qrupun fəaliyyəti, kolonializmlə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Digər çıxış edənlər Fransanın yeni müstəmləkəçilik siyasəti, xalqları əsarətdə saxlaması, onların təbii sərvətlərini talan etməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.
Yeni Kaledoniya parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar v...
03 May
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin...
03 May
H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında
03 May
“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında...
03 May
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyy...
03 May
“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haq...
03 May
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azə...
03 May
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun depu...
03 May
"Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"də dəyişiklik edil...
03 May
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərk...
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!