Məsələyə növbəti mərhələlərdə baxılacaqdır
Tovuz rayonunun təbii qazla təmin olunmayan Baqqallı kəndinin qazlaşdırılması ilə bağlı məktubunuza "Azəriqaz" İstehsalat Birliyində baxılmışdır.
Məlumat üçün bildiririk ki, qazlaşma tədbirləri "Azəriqaz" İB-nin maliyyə imkanları çərçivəsində mərhələli şəkildə davam etdirilir. "Azəriqaz" İstehsalat Birliyinin mövcud maliyyə resurslarından səmərəli şəkildə istifadə olunması, həmin resurslar çərçivəsində əhalinin qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi və daha çox əhalinin qaz şəbəkəsi ilə əhatələnməsi məqsədilə 2021-ci ildən etibarən qazlaşdırılması aparılan bütün yaşayış məntəqələrində mərhələli şəkildə yalnız daşıyıcı və paylayıcı küçə qaz xətləri çəkilir ki, bunun nəticəsində əhalinin qaz şəbəkəsinə əlçatanlığı təmin olunmuş olur. Tovuz rayonu üzrə əhali istehlakçılarının qaz təchizatı şəbəkəsi ilə əhatələnməsi səviyyəsi 01.06.2024-cü il tarixə 92,6 faiz təşkil etmişdir. Cari ildə birliyin maliyyə resursları hesabına rayonun Şamlıq kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi, həmçinin Aşağı Mülkülü, Vahidli, Aşağı Öysüzlü, Dondar Quşçu, Əyyublu, Düz Qırıqlı, Azaflı, Xatınlı, Qədirli, İbrahimhacılı, Sarıtala, Aşağı Quşçu kəndlərinin və Qovlar qəsəbəsinin yeni yaşayış massivlərinin paylayıcı qaz kəmərlərinin tikintisi nəzərdə tutulmuşdur.
Tovuz rayonunun qazlaşdırılmamış digər kəndlərinin və yeni yaşayış massivlərinin qazlaşdırılması məsələsinə növbəti mərhələlərdə baxılacaqdır.
Ramil İSGƏNDƏROV,
Baş direktorun əsaslı tikinti üzrə müavini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!