24 May 2024 17:04
372
İQTİSADİYYAT
A- A+

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində  

 

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “The Saudi Food Show 2024” beynəlxalq qida sərgisi açılıb.

Üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20 şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, stenddə ölkəmizdə istehsal olunan təbii bal, qənnadı məmulatlar, çay, balıq kürüsü, müxtəlif qazlı içkilər, dondurmalar, meyvə-tərəvəz və digər məhsullar yer alıb, Azərbaycan məhsulları haqqında videoçarxlar nümayiş olunub. Stendi ziyarət edən potensial idxalçılar tərəfindən xüsusən qara kürü, meyvə-tərəvəz, qənnadı məmulatları və alkoqolsuz içkilər kimi yerli məhsullarımıza maraq göstərilib. Sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilib, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, builki "The Saudi Food Show" sərgisinə 97 ölkədən 1000-dən çox şirkət qatılıb. Azərbaycan sərgidə ilk dəfədir iştirak edir. Bundan başqa, sərgidə Türkiyə, ABŞ, Polşa, İsveçrə, Fransa, Koreya, İspaniya, Pakistan, Braziliya, Malayziya, Qətər, İraq və Kamboca kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video