Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
“Avropa İttifaqının hazırkı rəhbərliyini hakimiyyətdən kənarlaşdırmaq lazımdır, əks halda, Macarıstan və bütün Aİ ölkələri bundan zərər görəcək”. AZƏRTAC “Index” nəşrinə istinadla xəbər verir ki, bir neçə gün əvvəl bu fikirləri səsləndirən Macarıstanın Baş naziri Viktor Orban şənbə günü xalq müraciətində onları təkrar edib.
V.Orban deyib: “Avropanın iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçid fəlakət deməkdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir, miqrantlar sərhədləri aşaraq qaçırlar, cinayətlərin sayı artır, zorakılıq halları çoxalır, onlar (Aİ-nin hazırkı rəhbərliyi - AZƏRTAC) uşaq böyütmək və onları gender fəallarına təhvil vermək istəyirlər”.
Macarıstanın Baş naziri problemin həlli ilə bağlı şəxsi fikirlərini də təqdim edib. O vurğulayıb: “Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilən mandat müddətində zəif nəticələr göstərərək seçicilərinizə problem yaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaq bir iş görə bilərsiniz - əşyalarınızı yığın və vəzifənizi tərk edin. Brüssel rəhbərliyi getməlidir”.
Macarıstanın Baş naziri sonda deyib: “Biz Brüsseli nəzarətə götürməliyik, oradakı bürokratları kənarlaşdırmalı və işləri öz əlimizə almalıyıq. Bunları etməsək, onda Brüsseldəki liderlərin bacarıqsızlığı və gücsüzlüyü təkcə Avropaya deyil, həm də bizə - macarlara böyük zərər verəcək”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik...
03 May
Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlə...
03 May
Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir
03 May
Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir
03 May
Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
03 May
“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq...
03 May
Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür
03 May
İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib...
03 May
Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi
03 May
Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200...
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!