22 İyun 2026 12:26
245
İQTİSADİYYAT
A- A+
Luka Skiepatti: TAP daha inteqrasiya olunmuş Avropa təbii qaz bazarının formalaşmasına dəstək verir

Luka Skiepatti: TAP daha inteqrasiya olunmuş Avropa təbii qaz bazarının formalaşmasına dəstək verir

Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına hazırda 10 milyard kubmetr qaz tədarükünü həyata keçirən enerji layihəsidir. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropaya nəql edir. İndiyədək TAP-la Avropaya nəql edilən təxminən 60 milyard kubmetr qaz Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi olmaqla yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Boru kəməri cari il yanvarın 1-dən etibarən ildə əlavə 1,2 milyard kubmetr qaz nəql etmək gücünə malikdir.

TAP Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. Boru kəmərinin Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Layihənin hazırkı vəziyyəti və indiyədək əldə olunmuş irəliləyişlə bağlı TAP boru kəmərinin operatoru olan “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepattinin AZƏRTAC-a eksklüziv müsahibəsini təqdim edirik:

- TAP kommersiya fəaliyyətinə başladığı vaxtdan indiyədək Avropaya hansı həcmdə təbii qaz nəql edib?

- 2020-ci ilin dekabr ayından bu günədək boru kəməri vasitəsilə Avropaya 59,2 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcmin təxminən 4 milyard kubmetr Bolqarıstana, 5,5 milyard kubmetrdən çoxu Yunanıstana, 49,3 milyard kubmetrə yaxını isə İtaliyaya çatdırılıb.

- Boru kəmərinin genişləndirilməsi layihəsinin hazırkı vəziyyəti necədir? İndiyədək əldə olunmuş irəliləyiş və növbəti mərhələlər barədə məlumat verə bilərsinizmi?

- TAP-ın ilkin ötürücülük gücü mərhələli şəkildə genişləndirilərək illik 20 milyard kubmetrdən artıq həcmə çatdırıla bilər. Boru kəmərinin əlavə ötürücülük qabiliyyəti mütəmadi olaraq keçirilən Bazar Sınaqları (Market Test) vasitəsilə açıq, şəffaf və ayrı-seçkiliyə yol verməyən prinsiplər əsasında bazara təqdim olunur.

2021-ci ildəki Bazar Sınaqlarının nəticələrinə uyğun olaraq həyata keçirilən son genişləndirmə layihəsi çərçivəsində cari ilin əvvəlindən etibarən uzunmüddətli əsasda əlavə 1,2 milyard kubmetr ötürücülük gücü istifadəyə verilib. Bu, TAP-ın genişləndirilməsi istiqamətində mühüm mərhələ hesab olunur. Bazar Sınaqları tənzimlənən prosedurdur və daşıyıcı şirkətlərə uzunmüddətli ötürücülük gücü sifarişlərinə maraqlarını bildirmək və müvafiq öhdəliklər götürmək imkanı yaradır. Bu öhdəliklər genişləndirmə layihələrinin kommersiya baxımından əsaslandırılmış və uzunmüddətli dayanıqlı olduğunu nümayiş etdirmək üçün vacib şərtdir. Hər bir Bazar Sınağı iki mərhələdən ibarət olur: əvvəlcə məcburi olmayan, daha sonra isə məcburi mərhələ həyata keçirilir. Ötən ilin iyul ayında başlayan 2025-ci il Bazar Sınağının qeyri-məcburi mərhələsi hazırda davam edir.

- Qlobal enerji bazarındakı qeyri-müəyyənliklər fonunda TAP-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində rolunu necə qiymətləndirirsiniz? TAP hazırda Şərqi, Cənubi və Mərkəzi Avropa ölkələrinin enerji balansında və mənbələrin şaxələndirilməsi strategiyalarında hansı rolu oynayır?

- İstismara verildiyi vaxtdan etibarən TAP Avropaya təxminən 60 milyard kubmetr Xəzər qazı çatdıraraq enerji təchizatının şaxələndirilməsinə və enerji sisteminin dayanıqlığının gücləndirilməsinə mühüm töhfə verib. Bu, xüsusilə İtaliya və Yunanıstan kimi əsas bazarlarda aydın şəkildə müşahidə olunur. Belə ki, 2025-ci ildə TAP İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini və boru kəmərləri vasitəsilə idxal olunan qazın 25 faizini təmin edib. Yunanıstanda isə ölkənin qaz idxalının 14 faizdən çoxu TAP vasitəsilə həyata keçirilib. Getdikcə daha mürəkkəbləşən enerji mühitində mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də enerji sistemlərinin dayanıqlığı və çevikliyi daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan TAP yalnız əlavə qaz həcmləri təqdim etməklə kifayətlənmir, eyni zamanda, regional əlaqəliliyin gücləndirilməsinə və daha inteqrasiya olunmuş Avropa qaz bazarının formalaşmasına dəstək verir. Kəmərin rolu yalnız nəql olunan qaz həcmləri ilə məhdudlaşmır. Ötürücülük gücünün artırılması, əks axın imkanları və gün ərzində çevik qaz çatdırılması kimi əməliyyat xüsusiyyətləri TAP-ın bazar tələblərinə daha operativ cavab verməsinə şərait yaradır.

Bundan əlavə, TAP şərq istiqamətində qaz nəqlini mümkün edən yeni ötürücülük məhsullarını istifadəyə verib. Hazırda qaz axınları yalnız qərb istiqamətində – Yunanıstan, Bolqarıstan və İtaliyaya deyil, həm də İtaliyadan Yunanıstan və Bolqarıstana, oradan isə Virtual Ticarət Nöqtəsi və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kimi əlaqələndirici infrastrukturlar vasitəsilə Qərbi Balkan ölkələri və Moldova bazarlarına yönləndirilir.

Beləliklə, TAP Avropanın enerji sistemində yalnız mənbələrin şaxələndirilməsinə deyil, həm də enerji təhlükəsizliyinin, dayanıqlılığın və çevikliyin artırılmasına mühüm töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!