19 Oktyabr 2026 11:10
236
İQTİSADİYYAT
A- A+
Körfəzdən neft daşınması gündəlik 8,5 milyon barelə enib

Körfəzdən neft daşınması gündəlik 8,5 milyon barelə enib


Körfəz regionundan neft daşınması gündəlik orta hesabla 8,5 milyon barelə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Belçikada yerləşən “Kpler” analitik şirkəti məlumat yayıb.

Bildirirlir ki, regiondan neft daşınması əvvəlki həftədəki 20 milyon barellə müqayisədə ötən həftə gündəlik orta hesabla 8,5 milyon barelə enib.

Məlumata görə, ötən həftə bölgədə ticarət gəmiləri ilə bağlı ən azı 10 hadisə qeydə alınıb.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə gərginliyin daha da artması əlamətləri var. Misir husi üsyançılarına qarşı mübarizədə təhlükəsizliyi və sabitliyi qorumaq üçün Səudiyyə Ərəbistanına lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı bəzi sanksiyaları və tarifləri dayandırmasından sonra neft qiymətləri azalıb, bu da Rusiya yanacaq ixracının arta biləcəyi gözləntilərini artırıb.

Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında əldə edilən razılaşmaya əsasən, Rusiyanın ABŞ-yə və digər ölkələrə dizel yanacağı ixrac etməyə başlaması gözlənilir. ABŞ Prezidentinin sözlərinə görə, daşınmaların bu ay təxminən 2,3 milyon bareldən başlaması və ayda 7,6 milyon barelə qədər artırılması planlaşdırılır.

Yaxın Şərqdəki gərginlik və dəniz gəmiçiliyi üçün təhlükəsizlik risklərinin qlobal neft tədarükünü məhdudlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı xam neftin qiyməti cümə günü qısa müddətə 110 dolları keçməkə mayın 19-dan bəri ən yüksək səviyyədyə çatmışdı.

Analitiklərə görə, son inkişaflardan sonra sanksiyalar və mənfəət əldə etmək məsələsində daha yumşaq mövqe neft qiymətlərinin artımını məhdudlaşdırıb. Rusiyanın yanacaq ixracı arta bilsə də, qeyri-müəyyənliklər qalmaqdadır. Bu tədbirlərin əhatə dairəsi və müddəti aydın olana qədər bazarların təklifdə daimi artımla bağlı qiymət təyin etməsi çətin olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında  

12:19
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

12:14
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

12:13
19 Oktyabr

Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında  

12:12
19 Oktyabr

Alimlər xərçənglə mübarizədə immun hüceyrələrinin gücünü artırmağın yolunu tapıblar  

12:10
19 Oktyabr

Üç rübdə ixrac edilən xam neft və neft məhsullarının dəyəri 13 faiz artıb  

11:32
19 Oktyabr

Neftçalada “Şəhərsalma və Memarlıq İli” şərçivəsində ictimai maarifləndirmə tədbiri keçirilib  

11:31
19 Oktyabr

Gəncədə YAP-ın VIII qurultayında Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə olunub  

11:30
19 Oktyabr

Gəncədə mülki şəhidlərin xatirəsi yad edilib  

11:19
19 Oktyabr

Ötən həftənin iqtisadi icmalı  

11:12
19 Oktyabr

Körfəzdən neft daşınması gündəlik 8,5 milyon barelə enib

11:10
19 Oktyabr

Bu il ixraca göndərilən neft məhsullarının həcmi 52 faizdən çox artıb  

11:08
19 Oktyabr

Bu il Azərbaycandan Ermənistana ixrac olunan malın dəyəri 23 milyon dolları ötüb  

11:07
19 Oktyabr

İrpen şəhəri raketlə vurulub, dağıntılar var

11:07
19 Oktyabr

Makron: “Heç kim cəzasız qalmayacaq!”

10:59
19 Oktyabr

Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

10:26
19 Oktyabr

Kiyev şəhəri ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:55
19 Oktyabr

Hərbi prokuror Bəhruz Əhmədov Laçın rayonunda hərbi qulluqçularla görüşüb  

09:48
19 Oktyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:23
18 Oktyabr

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub  

21:11
18 Oktyabr

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!