29 Yanvar 2025 00:53
1667
Qanunlar
A- A+
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.  7.2.5-ci maddədən "və başqa silahlı birləşmələrinin" sözləri çıxarılsın.

2. 8.1.14-cü maddədə "öz səlahiyyətləri daxilində" sözləri "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri ilə əvəz edilsin və həmin maddəyə "əməkdaşlığın" sözündən sonra ", o cümlədən müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın" sözləri əlavə edilsin.

3. 14.11-ci maddə aşağıdakı redaksiyada verilsin: 

"14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən   olunmuş qaydalara əməl etməlidirlər.".

4. Aşağıdakı məzmunda 15.2-1-ci maddə əlavə edilsin: 

"15.2-1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımırlar.".

5. 18-ci maddə üzrə:

5.1. 18.4-cü maddənin birinci cümləsindən "və başqa silahlı birləşmələrinin" sözləri çıxarılsın;

5.2. 18.5-ci maddədə "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş" sözləri "qanunla qadağan olunmayan" sözləri ilə   əvəz edilsin;

5.3. aşağıdakı məzmunda 18.6-cı maddə əlavə edilsin:

"18.6. Müvafiq icra hakimiyyəti orqanının kəşfiyyat və əks-kəşfiyyat  fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət      büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində   maliyyə nəzarəti (kənar dövlət maliyyə nəzarəti istisna olmaqla) tədbirləri  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.".

              

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

                           

Bakı şəhəri, 10 dekabr 2024-cü il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb  

08:36
30 Mart

Ukrayna ordusunda kosmik qüvvələr yaradılır  

07:41
30 Mart

Azərbaycanda Ramazan bayramıdır  

07:35
30 Mart

ABŞ-da təyyarə yaşayış binasına düşüb  

07:26
30 Mart

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!