25 İyun 2026 14:59
146
İQTİSADİYYAT
A- A+
İqtisadi inkişafın yeni mərhələsi: 2026-cı ilin ikinci yarısından gözləntilər – AÇIQLAMA 

İqtisadi inkişafın yeni mərhələsi: 2026-cı ilin ikinci yarısından gözləntilər – AÇIQLAMA 

2026-cı ilin birinci yarısının iqtisadi göstəriciləri göstərir ki, Azərbaycan iqtisadiyyatı qarşıdakı dövrdə yeni çağrışlarla üzləşəcək. Bu həm iqtisadiyyatın artım tempinin sürətləndirilməsi, həm də iqtisadiyyatın daha da şaxələndirilməsi istiqamətində yeni addımların atılmasını zəruri edir. Son aylarda qəbul edilən Dövlət Proqramları, hökumətin iqtisadi siyasət prioritetləri və gözlənilən qanunvericilik təşəbbüsləri onu deməyə əsas verir ki, 2026-cı ilin ikinci yarısında iqtisadi inkişafın əsas hərəkətverici qüvvələri qeyri-neft sektorunun genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi və investisiya fəallığının artırılması olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov deyib.

O bildirib ki, hökumətin son dövrdə təsdiqlədiyi sənədlər, xüsusilə kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramları və ixrac subsidiyalarının genişləndirilməsi ilə bağlı qərarlar iqtisadi aktivliyin artırılmasına xidmət edir.

“Bu tədbirlər yerli istehsalın stimullaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə və xarici bazarlarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlib. Eyni zamanda, yaxın aylarda qəbul ediləcəyi gözlənilən yeni sənədlər kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və investisiya təşviqlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılacaq addımlar özəl sektorun iqtisadi artımdakı payını artırmağa imkan verəcək.

2026-cı ilin ikinci yarısında iqtisadi artıma təsir göstərəcək əsas amillərdən biri də fiskal siyasətdə nəzərdə tutulan dəyişikliklər olacaq. Vergi və maliyyə yükünün optimallaşdırılması, sahibkarların dövriyyədən kənarda qalan vəsaitlərin iqtisadiyyata qaytarılması və biznes subyektlərinin maliyyə imkanlarının genişləndirilməsi sahibkarlıq fəaliyyətini daha da canlandıra bilər. Xüsusilə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində planlaşdırılan institusional və struktur dəyişikliklər, bu sahədə idarəetmənin təkmilləşdiriməsi, yeni dəstək mexanizmlərinin işə salınması sayəsində regionlarda iqtisadi fəallığın yüksəlməsinə və qeyri-neft sektorunun genişlənməsinə müsbət təsir göstərəcək”,- deyə o qeyd edib.

Z.Qardaşov vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılsa da, neft və enerji sektoru 2026-cı ilin ikinci yarısında da Azərbaycan iqtisadiyyatının əsas dayağı olaraq qalacaq: “Qlobal enerji bazarlarında müşahidə olunan qiymət tendensiyaları və enerji daşıyıcılarına olan tələbat dövlət büdcəsinin gəlirlərinə və ümumi iqtisadi aktivliyə müsbət təsir göstərməkdə davam edə bilər. Enerji ixracından əldə olunan gəlirlər həm makroiqtisadi sabitliyin qorunmasına, həm də qeyri-neft sektoruna yönəldilən investisiyaların maliyyələşdirilməsinə imkan yaradır.

Növbəti dövrdə hökumətin əsas prioritetlərindən biri qeyri-neft ixracının artırılması olacaq. İxrac subsidiyalarının tətbiqi, logistika imkanlarının genişləndirilməsi və yeni bazarlara çıxışın təşviqi qeyri-neft məhsullarının xarici bazarlardakı mövqeyini gücləndirə bilər.

Bu prosesdə kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, aqrar sektorda texnologiyaların tətbiqi və məhsul istehsalının artırılması həm daxili bazarın təminatına, həm də ixrac potensialının yüksəlməsinə xidmət edəcək.

Turizm sektoru da iqtisadi artımın mühüm mənbələrindən biri kimi diqqət mərkəzində qalacaq. Ölkənin turizm infrastrukturuna qoyulan investisiyalar, beynəlxalq tədbirlərin təşkili və Azərbaycanın turizm imkanlarının xaricdə daha fəal təşviqi turist axınının artmasına şərait yarada bilər”.

Onun sözlərinə görə, turizmin inkişafı xidmət sektorunda dövriyyənin genişlənməsinə, regionlarda məşğulluğun artmasına və valyuta daxilolmalarının yüksəlməsinə müsbət təsir göstərəcək.

“2026-cı ilin birinci yarısında tikinti sektorunda müşahidə olunan nisbətən zəif dinamikanın kompensasiya olunması məqsədilə dövlət investisiyalarının artırılması gözlənilir. İnfrastruktur layihələri, regional inkişaf proqramları və yaşayış fondunun genişləndirilməsi tikinti sektorunun yenidən iqtisadi artımın əsas lokomotivlərindən birinə çevrilməsinə kömək edə bilər.

Bu sahəyə yönəldiləcək investisiyalar həm məşğulluğu artıracaq, həm də əlaqəli sənaye sahələrinin inkişafını sürətləndirəcək.

2026-cı ilin ikinci yarısında və sonrakı illərdə Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyasını müəyyənləşdirəcək mühüm amillərdən biri də rəqəmsal transformasiyanın sürətləndirilməsi olacaq. Bu baxımdan hökumətin gündəliyində yer alan Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası və Rəqəmsal İnkişaf Konsepsiyası xüsusi əhəmiyyət kəsb edir. Hər iki sənəd ölkədə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsinə, innovasiya əsaslı iqtisadi modelin formalaşdırılmasına və yüksək əlavə dəyər yaradan yeni biznes sahələrinin inkişafına xidmət edir.

Bu strategiyaların həyata keçirilməsi nəticəsində rəqəmsal iqtisadiyyatın həm xidmət, həm də məhsul istehsalı seqmentlərində payının artacağı gözlənilir. İnformasiya texnologiyaları, proqram təminatı, süni intellekt, məlumat analitikası, elektron ticarət və rəqəmsal xidmətlər kimi sahələrin inkişafı iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, yerli texnologiya şirkətlərinin formalaşması və onların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi qeyri-neft sektorunun yeni inkişaf istiqamətlərindən birinə çevrilə bilər”,- deyə o diqqətə çatdırıb.

Müşavir bildirib ki, rəqəmsal transformasiyanın vacib elementlərindən biri də innovativ sahibkarlığın və startap ekosisteminin gücləndirilməsidir: “Son illərdə bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunsa da, qarşıdakı dövrdə dövlət dəstəyinin daha sistemli xarakter alacağı gözlənilir. Startapların maliyyə resurslarına çıxış imkanlarının artırılması, risk kapitalı bazarının inkişaf etdirilməsi, innovasiya mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi və texnologiya yönümlü bizneslərin təşviqi ölkədə innovasiya mühitinin daha da canlanmasına şərait yaradacaq.

Bununla yanaşı, uzun müddətdir müzakirə olunan və biznes ictimaiyyəti tərəfindən gözlənilən bir sıra qanunvericilik təşəbbüslərinin yekunlaşdırılması da rəqəmsal iqtisadiyyatın inkişafına əlavə təkan verə bilər. Xüsusilə startap fəaliyyətinin hüquqi tənzimlənməsi, veçur və kraudfandinq kapitalı haqqında, innovasiya şirkətləri üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, investisiya mühitinin təkmilləşdirilməsi və rəqəmsal biznes modellərinin hüquqi bazasının formalaşdırılması bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün daha əlverişli şərait yaradacaq.

Rəqəmsal ödəniş sistemlərinin genişlənməsi, nağdsız hesablaşmaların təşviqi, elektron sənəd dövriyyəsinin tətbiq dairəsinin artırılması və dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması da iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edəcək mühüm istiqamətlər sırasındadır. Bu proseslər əməliyyat xərclərinin azalmasına, şəffaflığın artmasına və biznes proseslərinin sürətlənməsinə imkan verəcək”.

Z.Qardaşov əlavə edib ki, kibertəhlükəsizlik və məlumatların qorunması sahəsində institusional mexanizmlərin gücləndirilməsi rəqəmsal transformasiyanın davamlılığını təmin edən əsas şərtlərdən biri olacaq.

“Rəqəmsal təhlükəsizlik sahəsində müasir standartların tətbiqi həm dövlət qurumlarının, həm də özəl sektorun rəqəmsal həllərə inamını artıracaq və rəqəmsal iqtisadiyyatın dayanıqlı inkişafına zəmin yaradacaq.

Nəticə etibarilə, rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya yönümlü sahibkarlığın təşviqi, startap ekosisteminin genişləndirilməsi və rəqəmsal xidmətlərin dərinləşdirilməsi qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının yeni artım mənbələrindən birinə çevrilə bilər. Bu istiqamətdə qəbul ediləcək strateji qərarlar və qanunvericilik islahatları ölkənin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirməklə yanaşı, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsinə və uzunmüddətli iqtisadi artımın təmin olunmasına da mühüm töhfə verəcək.

Bütün bunları nəzərə alaraq demək olar ki, 2026-cı ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyasını müəyyən edəcək əsas amillər Dövlət Proqramlarının icrası, sahibkarlığın dəstəklənməsi, fiskal islahatlar, qeyri-neft ixracının genişləndirilməsi, kənd təsərrüfatı və turizm sektorlarının inkişafı, eləcə də enerji sektorunun sabit gəlir mənbəyi kimi rolunu qoruması olacaq.

Əgər planlaşdırılan islahatlar effektiv şəkildə həyata keçirilərsə, Azərbaycan iqtisadiyyatı qarşıdakı dövrdə daha yüksək artım tempinə nail olmaqla yanaşı, neftdən asılılığın azaldılması və dayanıqlı inkişaf modelinin formalaşdırılması istiqamətində də mühüm irəliləyiş əldə edə bilər”,- deyə o nəzərə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

Cənubi Qafqazda ilk: Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib  

15:52
25 İyun

Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub 

15:43
25 İyun

Britaniya mediası Azərbaycan nümayəndə heyətinin Kral III Çarlz tərəfindən təşkil olunan qəbulda iştirakından yazır  

15:39
25 İyun

Vicdanlı alıcı statusu hansı hallarda itirilir? – Ali Məhkəmədən izah 

15:31
25 İyun

Kinburn yarımadasında Ukrayna bayrağı qaldırılıb

15:29
25 İyun

Rövşən Nəcəf: İlk U-15 dünya çempionatının Azərbaycana həvalə edilməsi dövlətin idman siyasətinin nəticəsidir  

15:24
25 İyun

Azərbaycan ilə Polşa arasında mövcud münasibətlərinin inkişaf dinamikası yüksək qiymətləndirilib

15:21
25 İyun

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

15:21
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!