05 Oktyabr 2024 09:20
729
Təhsil
A- A+
"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub

"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "İnsan hüquqları və   dünya dinləri" mövzusunda seminar keçirilib. Tədbir Aİİ tələbələrinin iştirakı ilə baş tutub. 

İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov çıxışında sözügedən mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, məruzəsində insan hüquqlarının inkişafında dinin yeri və rolunun beynəlxalq konvensiyalarda necə əks olunduğundan bəhs edib. Daha sonra müxtəlif  dinlərdə insan hüquqlarına münasibəti müqayisəli şəkildə diqqətə çatdırıb, ölkəmizdə dini və etnik azlıqların hüquqlarına münasibəti yüksək qiymətləndirərək, insan hüququları üçün təhlükə törədən amillərlə mübarizə üsullarını izah edib. 

Daha sonra Aİİ-nin hüquqşünası Mehman Məhərrəmov çıxış edib. Məruzəçi insan hüquqları və haqları haqqında ətraflı məlumat verərək konstitusiyamızda bunların necə əks olunduğu, insan haqlarının qorunmasının hansı maddələrdə öz əksini tapdığını diqqətə çatdırıb. Məruzəçi insan hüquqları anlayışının tarixi, nə zaman formalaşdığı, həmçinin müasir insan hüquqları hərəkatının tarixi, beynəlxalq səviyyədə tanınması barədə ətraflı söz açıb. İnsan hüquqları ilə bağlı müqavilələrin tarixi və əhəmiyyətindən bəhs edib.

Tədbir müzakirələrlə davam edib.

Məlumat üçün bildirək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü il ərzində görüləcək işlərin icrası istiqamətində nəzərdə tutulmuş tədbirlər planına əsasən baş tutub. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

08:40
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!