13 Sentyabr 2025 08:20
864
SİYASƏT
A- A+
İnkişaf etmiş ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar

İnkişaf etmiş ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar


Həmişə sülhü, əmin-amanlığı dəstəkləyən Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələri ilə xoş niyyətlərə söykənən qarşılıqlı siyasi, iqtisadi və mədəni əlaqələr qurur. Zaman keçdikcə isə bu qarşılıqlı əlaqələri daha da möhkəmləndirir və inkişaf etdirir. Azərbaycanın sıx əlaqələr qurduğu ölkələrdən biri də Çin Xalq Respublikasıdır. İki ölkə arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra daha da inkişaf etdi. Rəhbəri olduğu Azərbaycanın xarici siyasət kursunu düzgün və mükəmməl şəkildə yenidən quran Ümummilli Lider Çin Xalq Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verirdi.

Arxada qalmış illərə, əsrlərə nəzər yetirəndə görürük ki, Çin-Azərbaycan əlaqələrinin tarixi çox qədim dövrlərə gedib çıxır. Mənbələrdən məlum olur ki, hələ eramızdan iki əsr əvvəl Çindən qərb istiqamətində ticarət karvanlarının hərəkət etməsi nəticəsində bu dövlətin xarici ticarət əlaqələri formalaşıb. Daim yollarda hərəkətdə olan ticarət karvanları bu ölkədə istehsal olunmuş malları, xüsusilə də Çin ipəyini dünyanın dörd bir tərəfinə daşıyıb. Daşınan əsas məhsul ipək olduğuna görə bu yol da elə həmin zamanlardan İpək yolu adlandırılıb. Azərbaycan da tarixən İpək yolunun üstündə yerləşdiyinə görə daşınmalarda böyük rol oynayıb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanla Çini hələ min illər əvvəl bu qədim yol birləşdirib. Tarixi İpək yolundan başlanan dostluq, əməkdaşlıq münasibətləri Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə bir çox sahədə yenidən qurulub inkişaf etdirilməyə başladı. 

Azərbaycanla Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqust ayında Çinin ölkəmizdə səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Milli Məclis Azərbaycanın Pekində səfirliyinin açılması barədə qərar qəbul edib. İki ölkə arasında əlaqələrin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra sürətlənib. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Bunlar dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında Birgə Bəyanat, iki ölkə arasında hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət və digər sahələri əhatə edib.

1998-ci il sentyabrın 8-də Bakıda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək yolunun bərpası üzrə TRACEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Böyük tarixi əhəmiyyəti olan bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə və qarşılıqlı münasibətlərin daha da inkişafına böyük təkan verib. 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən digər ölkələrlə yanaşı, Çin Xalq Respublikası ilə də münasibətlərin inkişafına böyük diqqət yetirib. Dövlətimizin başçısı müxtəlif illərdə Çinə rəsmi səfərlər edib. 2005-ci il martın 17-19-da Prezident İlham Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olan zaman ÇXR-in Sədri Xu Szintao Azərbaycan Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib.

7 avqust 2008-ci ildə Prezident İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb. Dövlət başçısının 2015-ci ilin dekabrında Çinə həyata keçirilən daha bir səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. İmzalanan bu sənəd əməkdaşlıq üçün mühüm əhəmiyyətə malikdir. 2019-cu il aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev Çinə növbəti dəfə səfər edib və ayın 26-27-də Çinin paytaxtı Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. 

Prezident İlham Əliyev 2025-ci il aprelin 22-24-də də Çinə dövlət səfəri edib. Səfər çərçivəsində dövlət başçıları "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ı imzalayıblar. İmzalanan bəyanat və sənədlər hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırır, qarşılıqlı əlaqələri inkişaf etdirir. 

Başqa sahələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də Azərbaycan-Çin əlaqələri ötən müddət ərzində xeyli inkişaf edib. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 1997-ci ildən Çin dili ixtisası şöbəsi fəaliyyət göstərir. Bu ixtisasın açılması ÇXR-in Azərbaycandakı səfirliyinin kadr və texniki dəstəyi nəticəsində mümkün olub. 2002-ci ildə ÇXR Təhsil Nazirliyinin dəvəti ilə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri zamanı imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən ikitərəfli tələbə mübadiləsi başlayıb.  

Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük önəm verir. Bunu Prezident İlham Əliyev 22 illik  prezidentliyi dövründə bu ölkəyə etdiyi səfərləri ilə təsdiq edib. 

Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. Çin ölkəmizlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq etməyə olduqca maraqlıdır. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. 

Artıq Azərbaycanla Çinin iqtisadi, mədəni sahələrlə yanaşı, siyasi partiyalar arasında da əməkdaşlıq ənənəsi formalaşıb. Bu günlərdə Çin Kommunist Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyətinin Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Sun Haiyan ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri və sentyabrın 1-də Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə, sentyabrın 3-də isə yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirakının dövlətlərarası münasibətlərin inkişafı baxımından dəyərli olduğu qeyd edilib. İki ölkənin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının önəminə diqqəti cəlb edən Sun Haiyan elm, təhsil, mədəniyyət və digər sahələrdə işbirliyinin əhəmiyyətini də vurğulayıb.

Göründüyü kimi, Çinlə Azərbaycan arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri getdikcə daha da genişlənir. Zaman keçdikcə dərinləşən sıx əməkdaşlıq həm iki dövlətə, həm də hər iki xalqa böyük uğurlar qazandırır. Bu uğurlar həm də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına böyük təkan verir.     


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!