27 Noyabr 2026 08:00
2284
SİYASƏT
A- A+
İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib


İllərdir qapalı qalan dəmir yolları açılıb, yüklər sərhədlərdən maneəsiz keçir, sülh sazişinin mətni artıq hazırdır. Bir neçə il əvvəl yalnız xəyal kimi görünən bu mənzərə indi Cənubi Qafqazın gündəlik reallığıdır. 

Bu günlərdə Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə "Sülh körpüsü" "dəyirmi masa"sının keçirilməsi, cəmi bir neçə gün əvvəl - noyabrın 23-də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) praktiki icrasına start verilməsi bölgədə vəziyyətin, siyasi ab-havanın necə köklü dəyişdiyini bütün aydınlığı ilə gözlər önünə sərir. Bütün bu proseslərin arxasında isə Azərbaycanın diktə etdiyi sülh və əməkdaşlıq modeli dayanır.


Ardıcıl və prinsipial siyasətin məntiqi nəticəsi


Bu gün bölgədə müşahidə olunan müsbət dinamika təsadüfi deyil, Azərbaycanın həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin məntiqi nəticəsidir. Ölkəmizin ərazilərini işğaldan azad edərək suverenliyini tam təmin etməsi ilə regionda onilliklər boyu davam edən münaqişə ocağı söndürüldü və Cənubi Qafqazın gələcəyi üçün tamamilə yeni geosiyasi zəmin yarandı. Rəsmi Bakı əldə etdiyi tarixi uğurlardan sonra qarşıdurma yolunu deyil, məhz regional inteqrasiya və birgə inkişaf modelini irəli sürdü. İki ölkə arasında de-fakto sülh mühitinin formalaşması, sərhəddə sabitliyin təmin edilməsi və Azərbaycanın təşəbbüsü ilə irəlilədilən sülh prosesinin ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton zirvəsinə yüksəlməsi Bakının diplomatik qələbəsinin bariz göstəricisi oldu. Ağ Evdə imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişinin mətni regionda əməkdaşlıq dövrünün qapılarını rəsmən açdı.

Eyni zamanda Azərbaycan onilliklər boyu işğalçılıq siyasəti ucbatından regional izolyasiyaya məhkum olmuş Ermənistan üçün də iqtisadi "nəfəslik" rolunu oynayır. Azərbaycanın hələ ötən ilin oktyabrında işğal dövründən bəri mövcud olan yük tranziti məhdudiyyətlərini aradan qaldırması və yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınmasına icazə verməsi rəsmi Bakının xoş məramının əyani sübutudur. 

Münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələr qurulub, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanlar yaradılıb. Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb. 

Bu əməkdaşlıq mühitinin ən vacib nümunələrindən biri isə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur. (TRIPP) Vaşinqton razılaşmalarının məntiqi davamı olaraq, cari ay layihənin praktiki icrasına rəsmi start verilib. 

Layihənin rəsmi başlanğıcına həsr olunmuş videomüraciətində ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Vaşinqtonla əməkdaşlığa, sülh gündəliyinin irəlilədilməsinə və layihənin reallaşmasına verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. Öz növbəsində Prezident İlham Əliyev "X" hesabında ABŞ Prezidentinin təşəkkür mesajına cavab verib. 


Mühüm strateji əhəmiyyətə malik məkan


Azərbaycan bu prosesdə üzərinə düşən öhdəliklərə sadiq qalaraq ərazisindəki dəmir və avtomobil yolu infra-strukturunu böyük ölçüdə tamamlamaqla TRIPP-ın əsas hissəsini artıq hazır vəziyyətə gətirib. Prezident İlham Əliyevin noyabrın 24-də "İpək yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində bölgədə Azərbaycanın səyləri ilə bərqərar olan sülhün geniş əməkdaşlıq mühitinə birbaşa yol açdığı belə vurğulanıb: "Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi  əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək yolunun dirçəldilməsinə xidmət edəcəkdir".

Təsadüfi deyil ki, həm ABŞ, həm Avropa İttifaqı, həm də Çin bu layihənin qlobal iqtisadi dövriyyəyə sürətli inteqrasiyasında maraqlıdır.

Sülhün tam və dönməz xarakter alması üçün Bakının irəli sürdüyü prinsipial şərtlər də artıq öz nəticəsini verir. Vaşinqton Sammitində yekun sülh müqaviləsinin imzalanmasına mane olan yeganə amil Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması idi. İrəvanda açıqlanan yeni konstitusiya layihəsindən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması və xarici siyasətin əsas məqsədinin sülh olaraq göstərilməsi rəsmi Bakının da ifadə etdiyi kimi, müsbət irəliləyişdir. Ermənistanın baş naziri Nikol Paşinyanın bu referendumun nəticəsini öz siyasi karyerası ilə bağlaması prosesin İrəvan üçün də nə qədər həlledici olduğunu göstərir. Qarşıdan gələn referendumda erməni cəmiyyəti keçmişin ərazi iddiaları və təcrid siyasəti ilə qonşularla dinc yanaşı yaşamaq arasında yekun seçimini edəcək. Paralel olaraq, vurğuladığımız "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən müzakirələrin həm də  iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığı, ticarət və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə etməsi də qarşılıqlı etimadın bərpasına xidmət edir.

Azərbaycanın bölgədə yaratdığı sülh və sabitlik mühiti ölkəmizi qlobal miqyasda da əvəzolunmaz tərəfdaşa çevirib. Alternativ marşrutların riskli hala gəldiyi müasir dövrdə Azərbaycanın mərkəzində dayandığı Orta dəhliz Avrasiyanın ən təhlükəsiz ticarət xəttidir. Bakı bir-birinə rəqib olan qlobal güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurmağı bacaran unikal diplomatiya yürüdür. Çinlə Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, cari ilin fevralında ABŞ və Azərbaycan arasında Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyası, bu ilin iyulunda Almaniya ilə imzalanmış "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" kimi strateji sənədlər bunun bariz nümunəsidir. Mərkəzi Asiya ölkələri ilə sistemli regional siyasət, eləcə də Avropa İttifaqının üzv dövlətlərinə təbii qazın çatdırılması və "yaşıl enerji" layihələri ölkəmizi Avrasiyanın əsas əməkdaşlıq mərkəzinə çevirib. 

Bütün bunlar göstərir ki, Azərbaycan regionda təkcə ədaləti bərpa etməyib, həm də bütün Cənubi Qafqazın gələcəyini dəyişən yeni sistem qurub. Bakının liderliyi ilə formalaşan bu əməkdaşlıq mühiti bölgə xalqlarına daimi sabitlik və davamlı inkişaf vəd edir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna mediasında müharibə ilə bağlı bəzi məlumatların yayılması qadağan edilib

21:59
28 Noyabr

Rusiyanın neft obyektlərinə zərbələrin endirildiyi təsdiqlənib

21:19
28 Noyabr

İstanbulda Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

19:29
28 Noyabr

Mədəniyyət naziri TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib

18:17
28 Noyabr

Almaniya səfiri: Diplomatik Qış Bazarı xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından gözəl fürsətdir

17:21
28 Noyabr

İçərişəhərdə 25 ölkənin səfirliyi Diplomatik Qış Bazarında bir araya gəlib

14:33
28 Noyabr

Bazar gününün hava proqnozu açıqlanıb

12:57
28 Noyabr

Ə.A.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında  

12:45
28 Noyabr

Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında  

12:17
28 Noyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb  

11:56
28 Noyabr

Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Şeyx əl-Qazuaniyə  

11:32
28 Noyabr

Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Bayram Beqaya  

11:28
28 Noyabr

Azərbaycanın gənc şahmatçısı yarım xalla dünya çempionluğunu əldən verib  

11:21
28 Noyabr

Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi olub  

11:14
28 Noyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb  

11:01
28 Noyabr

Anomal istilər dünyada şirin su ehtiyatlarının kəskin azalmasına səbəb olub  

10:59
28 Noyabr

Co Baydenin kitabının satışı uğursuz olub

10:48
28 Noyabr

Nigeriyanın Plato ştatında silahlı hücum nəticəsində 17 kənd sakini öldürülüb  

10:45
28 Noyabr

Azərbaycan deflimpiyaçıları Ermənistanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar  

10:40
28 Noyabr

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!