17 İyun 2026 20:32
453
Təhsil
A- A+
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  


Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 24 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 56 min 847 abituriyentdən (II qrup üzrə 28 min 507 nəfər, III qrup üzrə 28 min 340 nəfər) 2429 nəfər (II qrup üzrə 1663 nəfər, III qrup üzrə 766 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri, Sabunçu rayonu 169 saylı tam orta məktəbinin məzunu Banuçiçək Bəxtiyar qızı Rüstəmli göstərib. O, imtahanın birinci mərhələsində 291, 9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688,9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Zeynəb Ələddin qızı Quliyeva, Bakı şəhəri, Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Aişə İlqar qızı Qasımova və İsmayıllı rayonunun Qalacıq kənd orta məktəbinin məzunu Fidan Ceyhun qızı Qardaşova göstərib. Zeynəb Ələddin qızı Quliyeva imtahanın birinci mərhələsində 287, 7 bal, Aişə İlqar qızı Qasımova 285, 9 bal, Fidan Ceyhun qızı Qardaşova isə 285, 2 bal toplayıb.


Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadədir. O, imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 18-i saat 10:00-dan iyunun 20-si saat 17:00-dək Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

- Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

- Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

“Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq”, - deyə məlumatda diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!