10 May 2026 08:48
514
SİYASƏT
A- A+
Heydər Əliyev: işıqlı yolun banisi

Heydər Əliyev: işıqlı yolun banisi


Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əliyevin zəngin və şərəfli ömür salnaməsi Azərbaycan dövlətinin və xalqının siyasi yaddaşının mühüm tarixi dövrünü əks etdirməklə, müstəqillik düşüncəsi və dövlətçilik irsinin əsasını təşkil edir.

Heydər Əliyev ömrünün hər anını Azərbaycanın milli müqəddəratına həsr etmiş, sarsılmaz inkişafının təmin edilməsi üçün yorulmadan çalışmışdır. Gənc yaşlarından mühüm dövlət postlarında inanılmaz işgüzarlıq və tükənməz enerji ilə çalışan Heydər Əliyev yenilikçi iş üslubu ilə diqqəti cəlb edirdi. Dərin biliyi, geniş dünyagörüşü və fitri istedadı ilə peşəkar bir kadra çevrilən dahi Liderin təhlükəsizlik orqanlarındakı xidmət illəri də karyerasının ən əlamətdar mərhələsi kimi tarixə düşdü.

Ulu Öndərin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi müstəqilliyə gedən işıqlı yolda tarixi mərhələnin başlanğıcını qoydu. Onun rəhbərliyinin birinci dövrü iqtisadi və sosial inkişafla bərabər, milli özünüdərkin oyanışı, Azərbaycanın xarici dövlətlərlə elmi-mədəni və siyasi münasibətlərinin qurulmasında da yeni əsaslı mərhələni formalaşdırdı. Həmin illərdə Azərbaycanın milli mənafelərinin qorunmasına yönəlmiş prinsipial qərarlar qəbul edildi, beynəlxalq əlaqələrin istiqamətləri müəyyənləşdi, diplomatik münasibətlərin möhkəm təməlləri qoyuldu, bir sıra ölkələrlə faydalı əməkdaşlıq yaradıldı.

70-ci illərdə xarici ölkələrə Azərbaycanın nümayəndə heyətlərinin göndərilməsi, mədəniyyət, incəsənət, idman tədbirlərində azərbaycanlıların iştirakı, beynəlxalq sərgilərdə tanınmış sənətkarların əsərlərinin nümayiş etdirilməsi və digər mötəbər tədbirlər düşünülmüş xarici siyasət strategiyasının tərkib hissəsi idi. O dövrdə geniş fəaliyyət istiqaməti ilə fərqlənən Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti mədəni-humanitar diplomatiyanın mükəmməl modeli olmaqla, Azərbaycanın xarici ölkələrdəki nüfuzlu təşkilatlarla sıx təmaslarına dərin töhfələr verirdi. 1972-ci ildə Cəmiyyət dünyanın 62 ölkəsinə 19 min nüsxədən çox kitab, jurnal, albom göndərmişdi ki, bu, tarixi hadisə olmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli-ideoloji təşviqatda mühüm rol oynamışdı. Eləcə də digər humanitar xarakterli proqramların ideyası əslində xarici siyasət məfkurəsinə əsaslanırdı.

Həmin mükəmməl siyasi kursun uğurla davam etdirilməsi sayəsində ötən əsrin 70-ci illərində Azərbaycana xarici ölkələrdən gələn dövlət xadimlərinin və hökumət nümayəndə heyətlərinin səfərləri artmışdı. Bu səfərlər beynəlxalq əməkdaşlıq çərçivəsində xarici elmi-mədəni münasibətlərin qurulmasına möhkəm zəmin yaratmaqla, həm də Azərbaycanın dünya birliyində siyasi nüfuzunun artmasına dərin töhfə verirdi. Azərbaycan nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri də ikitərəfli əlaqələrin qurulmasında öz müsbət faydalarını verirdi. 

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən də Azərbaycanın bir çox ölkə ilə xarici iqtisadi-siyasi münasibətlərinin inkişaf etdirilməsi, mədəni diplomatiyanın daha da genişləndirilməsində fəal iş aparır, müstəqil Azərbaycanın etibarlı xarici siyasət kursunun arxitekturasını inşa edirdi. 

Onun Moskvada çalışdığı müddətdə də qazandığı yüksək siyasi nüfuz və etimad sayəsində xarici dövlətlərin tanınmış xadimləri Heydər Əliyevlə yaxından əməkdaşlıq etməyə çalışırdılar. “Kremldəki böyük türk” adlandırılan Heydər Əliyevə dünya dövlətlərinin liderlərinin xüsusi hörməti var idi. Təsadüfi deyildi ki, onun SSRİ-nin ali rəhbərliyinə namizədliyi haqqında söhbətlər yayılırdı. Bütün bunlar Ulu Öndərin beynəlxalq münasibətlər sistemində nəhəng siyasi karyerasını, Liderlik xarizmasını əks etdirirdi.

Məhz həmin illərdə bünövrəsi qoyulmuş möhkəm təməllər müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı və milli ideoloji-siyasi konsepsiyasını təşkil etdi. Ulu Öndər bu barədə danışarkən qeyd edirdi ki, “Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970–1985-ci illərdə təməli qoyulmuş potensiala əsaslanır”.

Heydər Əliyevin 90-cı illərdə Azərbaycanın çətin və ağır dövründə doğulub boya-başa çatdığı Naxçıvana gəlişi müstəqilliyə aparan yolda yeni dövrün başlanğıcını qoydu, eyni zamanda, xarici ölkələrlə münasibətlərin sütunları təsis edildi, qonşu dövlətlərlə siyasi-iqtisadi, humanitar bağlantılar yaradıldı. 

1991-ci il yanvarın 29-da Naxçıvanda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında protokol imzalandı, Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi isə Türkiyə ilə münasibətlərin qurulmasında yeni mərhələnin əsasını qoydu. 1991-ci ilin oktyabrında Araz çayı üzərində müvəqqəti körpünün açılışı, 1992-ci ildə Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında Əməkdaşlıq Protokolunun imzalanması, həmin il mayın 28-də Sədərək-Dilucu körpüsünün (Ümid körpüsü) istifadəyə verilməsi ilə Türkiyə-Naxçıvan və ümumilikdə Azərbaycan əlaqələri o dövr üçün ən yüksək səviyyəyə çatdı.

Müstəqil Azərbaycana rəhbərliyinin ilk illərində mövcud olan mürəkkəb ictimai-siyasi və iqtisadi bir şəraitdə xarici ölkələrlə münasibətlərin qurulmasında da Heydər Əliyev faktoru həlledici rol oynadı. O, 1993-cü il oktyabrın 10-da Prezident kimi andiçmə mərasimində çıxışında qeyd edirdi ki, bizim xarici siyasətimiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən ibarətdir və xarici siyasətimiz sülhsevər siyasətdir.

Həmin dövrün ən böyük iqtisadi hadisəsi olan “Əsrin Müqaviləsi”nin imzalanması və Xəzər dənizində xarici neft şirkətlərinin çoxhəcmli investisiya qoyuluşlarına dair qərar qəbul etməsi Ulu Öndərə olan dərin etimadın, etibarın və şəxsiyyətinə olan zəmanətin nəticəsi idi. Azərbaycanda çalışmaqda tərəddüd edən bəzi xarici ölkə şirkətləri və transmilli kompaniyalar Heydər Əliyevə olan dərin inamlarına güvənərək burada fəaliyyətə başladılar.

Ümummilli Lider zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 90-cı illərdə Azərbaycanın yeni rasional xarici siyasət kursunun istiqamətlərini müəyyənləşdirdi. Bu siyasətdə mühüm rol oynayan mükəmməl enerji diplomatiyası ölkəmizin dövlət müstəqilliyini möhkəmləndirməklə yanaşı, dünya birliyinə inteqrasiyasının təmin olunmasında, beynəlxalq mövqeyinin güclənməsində müstəsna rol oynadı.

Azərbaycan öz əlverişli coğrafi mövqeyindən, təbii ehtiyatlarından, geoiqtisadi potensialından istifadə edərək çoxsaylı dövlət və beynəlxalq qurumlarla əməkdaşlığı gücləndirərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub nəqliyyat dəhlizlərini yaratmaqla regionda liderliyini dərinləşdirdi.

Ulu Öndərin xarici siyasətdə əsas hədəfləri sırasında Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dəyişmək, Azərbaycan həqiqətlərini və haqq səsini dünya birliyinə çatdırmaq, ərazi bütövlüyümüzü təmin etmək başlıca yer tuturdu. 

1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin ləğvi və möhkəm sabitliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi Azərbaycanın siyasi və iqtisadi dayanıqlılığını təmin etdi, nizami və nümunəvi peşəkar ordu quruculuğunda yeni mərhələ açdı.

Beynəlxalq və regional təşkilatlarla sıx əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində atılan qətiyyətli addımlardan biri də 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinini imzalanması oldu. Bu, NATO hərbi strukturları ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlığa əlverişli şərait yaratdı, ordunun maddi-texniki bazasının NATO standartları səviyyəsində yenidən qurulmasına töhfələr verdi. 1996-cı il aprelin 22-də “Avropa Birliyi və onun üzvü olan dövlətlər və Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi”nin imzalanması Avropa İttifaqı institutları ilə əlaqələrinin genişlənməsində, əməkdaşlıq proseslərinin sürətlənməsində əhəmiyyətli hüququ baza oldu.

Ulu Öndər Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əlaqələrinin inkişafında da əvəzsiz xidmətlər göstərmiş, BMT Baş Assambleyasının sessiyalarında və təşkilatın digər yüksəksəviyyəli tədbirlərində iştirak edərək Ermənistanın işğalçılıq siyasətini ifşa etmiş, təcavüzün aradan qaldırılması üçün beynəlxalq səylərin artırılmasına nail olmuşdur. 1996-cı il dekabrın 2–3-də Portuqaliyada keçirilən ATƏT-in Zirvə toplantısında münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən, Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədin qəbul olunması isə böyük siyasi və diplomatik qələbə kimi yadda qaldı.

Ümumilikdə, Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə 80-dək ölkənin dövlət və hökumət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşləri, MDB və digər beynəlxalq və regional təşkilatların tədbirlərində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq proqramları ilə bağlı mühüm məsələlər müzakirə edilib. 

Ümummilli Liderin əsasını qoyduğu unikal xarici siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni çağırışlar fonunda daha dinamik, çoxşaxəli və milli maraqlara əsaslanmaqla, Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsini təmin etməkdədir. 

Heydər Əliyevin xarici siyasət strategiyasında bir nömrəli ümdə vəzifə olan – torpaqların erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyin tam təmin olunması arzusu isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən zərgər dəqiqliyi ilə yerinə yetirildi.


Ramid NAMAZOV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!