17 İyul 2026 09:20
570
CƏMİYYƏT
A- A+
Heydər Əliyev irsi ədəbi düşüncələrdə

Heydər Əliyev irsi ədəbi düşüncələrdə


Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının qərargahında Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional bölməsinin üzvləri ilə birlikdə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan tədbir "Heydər Əliyev irsi ədəbi düşüncələrdə" adlanırdı. 

Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini birdəqiqəlik sükutla anılmasıyla başlanan tədbirdə YAP Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev dedi: "14 iyul 1969-cu il qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün kimi tarixə düşmüşdür. Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə respublikada klassik mədəni irsimizin öyrənilməsi, milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsi dahi şəxsiyyətin simasında dolğun mövcudluğunu yaşamışdır. Ulu Öndər həmişə Azərbaycan yazarlarının qayğısına qalmış, onların fəaliyyətini yüksək qiymətləndirmiş, yazıçı və şairlərə Dövlət mükafatları, fəxri adlar verilməsini, onların yubileylərinin keçirilməsini diqqət mərkəzində saxlamışdır. Onun  siyasi fəaliyyətində ədəbiyyat amilinin yeri, rolu və imkanları çox geniş anlayış olmuşdur". 

Natiq Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunduğunu da görüş iştirakçılarının diqqətinə  çatdırdı. 

 "Heydər Əliyev həmişə Azərbaycan ədəbiyyatının nümayəndələrinə hami olmuş, klassik ədəbiyyatın inkişafı, xalqa qaytarılması istiqamətində bir sıra möhtəşəm işlər görmüşdür", - deyən Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional bölməsinin sədri, yazıçı-publisist Qafar Cəfərli bildirdi ki, Heydər Əliyev ədəbiyyat və mədəniyyət xadimləri ilə şəxsən tanış olur, onların yaradıcılığını yaxından öyrənir  və bu insanlara həmişə xüsusi diqqət və qayğı göstərirdi.

 Yazıçılar Birliyinin üzvləri - professor Yədulla Ağazadə, şair Səyavuş Süleymanlı, yazıçı-publisist Hafiz Mirzə, şair Əhməd Haqsevər, şair Ziyafət Yəhya, şair Xatirə Xatun, şair Bəxtiyar Əliyar, yazıçı-publisist Bəxtiyar Hüseynov, dosent Leyla Məcidova, yazıçı-publisist Xudaverdi Cavad, şair Ofelya Nəzərova çıxış edib Heydər Əliyevin "Dədə Qorqud" dastanının 1300 illiyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın ən unudulmazlar sırasında olduğundan, Nizami Gəncəvi ilə bağlı gördüyü böyük işlərdən, Füzuli və Nəsiminin yubileylərinin beynəlxalq miqyasda qeyd edilməsindən, Molla Pənah Vaqifin məqbərəsinin inşa edilməsindən bəhs etdilər. Onlar Heydər Əliyevin Hüseyn Cavidə nə qədər həssas yanaşdığından və onun nəşinin uzaq Sibirdən vətənə gətirmək kimi üzərinə böyük bir missiyanı götürməsindən söhbət açdılar. Eləcə də Azərbaycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun ölməz yaradıcılarına olan xüsusi maraq və sevgisindən danışdılar. 


Zəfər ORUCOÜLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

14:44
10 Avqust

Kosta rikalı diplomat BMT-nin baş katibi postu uğrunda mübarizədə favoritdir  

14:29
10 Avqust

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

14:28
10 Avqust

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

14:27
10 Avqust

Qubada növbəti təmizlik aksiyası keçirilib  

14:21
10 Avqust

Hanter BAYDEN: "Nə qədər sağdır mübarizə aparacaq"

14:16
10 Avqust

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

13:37
10 Avqust

ABŞ Kolumbiyaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib  

13:25
10 Avqust

Qocalmanın qarşısını ala bilən yeni ferment aşkar edilib  

13:23
10 Avqust

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

13:22
10 Avqust

Süni intellekt dəstəyi ilə dövlətin səmərəsiz xərclərinə son qoyulur  

13:20
10 Avqust

Türkiyə şokolad ixracatında keyfiyyət və xammal üstünlüyü ilə öndədir  

13:15
10 Avqust

Yer üzündə həyat iki dəfə yaranıb?  

13:14
10 Avqust

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

13:12
10 Avqust

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

13:09
10 Avqust

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

13:07
10 Avqust

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

13:04
10 Avqust

Sabah bəzi yerlərdə yağış yağacaq

13:02
10 Avqust

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

12:59
10 Avqust

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

12:34
10 Avqust

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb

12:31
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!