31 Avqust 2026 16:09
108
CƏMİYYƏT
A- A+
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər


Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və şəhər sakinləri iştirak ediblər.

Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.

Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.

Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi daha sonra retro avtomobillərin yürüşü ilə davam edib.

Paytaxtın əsas küçə və prospektindən keçən yürüş “Sea Breeze” ərazisində başa çatıb. “Marina Bay”də klassik avtomobillərin sərgisi Xəzərin sahilində retro ab-hava yaradıb.

Sərgidə müxtəlif dövrlərə aid avtomobillər nümayiş olunub. Onların arasında illərdir qorunub saxlanılan və sahibləri üçün xüsusi xatirə dəyəri daşıyan avtomobillər də var.

AZƏRTAC-a müsahibəsində klassik avtomobilin sürücüsü Nuhbala Dadaşov 1967-ci il istehsalı olan “Volqa QAZ-21” avtomobilinin onun ailəsi üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, avtomobili atası həmin il martın 19-da Saratovdan gətirib.

“Biz uşaq olanda bu maşının başından ayrılmırdıq. Atam dünyasını dəyişib, amma bu avtomobil bizə onu xatırladır. Ona görə də maşını qoruyub saxlamışıq”, – deyə N.Dadaşov bildirib.

O qeyd edib ki, avtomobillə Azərbaycanda müxtəlif tədbir və sərgilərdə iştirak edir: “Haraya çağırırlarsa gedirik. Abşeron yeməkləri, Novruz bayramı ərəfəsində şirniyyat və paxlava sərgiləri, müxtəlif digər tədbirlər olur. Mümkün qədər bu avtomobillə həmin tədbirlərdə iştirak edirəm. Abşeron camaatı bu maşını çox sevir”.

N.Dadaşovun sözlərinə görə, klassik avtomobil şəhərdə də böyük maraq doğurur. “Bu gün 100-dək insan yaxınlaşıb şəkil çəkdirib. Yolda hərəkət edərkən də insanların maşının və bizim şəkillərimizi çəkdiyini görürəm”, – deyə o əlavə edib.

Sərgiyə gələn ziyarətçilər də retro avtomobillərə böyük maraq göstəriblər.

Klassik avtomobillər sərgisinin ziyarətçisi Fidan Əfəndi AZƏRTAC-a müsahibəsində köhnə avtomobillərə xüsusi maraq göstərdiyini deyib. O, xüsusilə “Mercedes” markalı klassik modelləri sevdiyini və sərgidə nümayiş olunan avtomobilləri çox gözəl hesab etdiyini bildirib.

“Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi çox gözəldir. Sərgilər böyük maraq doğurur və biz hər dəfə bu günləri səbirsizliklə gözləyirik”, – deyə F.Əfəndi vurğulayıb.

Retro avtomobillərin sahibləri üçün isə sərgi yalnız nəqliyyat vasitələrini nümayiş etdirmək deyil, həm də onların tarixini və şəxsi xatirələrini bölüşmək imkanı yaradıb.

Sərginin “Canlı əfsanə” nominasiyasının qalibi Röyanə Seyfəli AZƏRTAC-a müsahibəsində 1986-cı il istehsalı olan “Mercedes-Benz W126” S-Class avtomobili ilə ilk dəfə belə sərgidə iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, avtomobili xüsusi məqsədlə əldə etməyib, sadəcə bir xatirə olaraq qoruyub saxlayıb: “Belə bir həvəsim əvvəllər yox idi. Sadəcə xatirə olaraq saxlamışam və nəhayət, sərgidə iştirak edə bildim. Bu, mənim üçün çox xoşdur”.

R.Seyfəli gələcəkdə də bu cür sərgilərdə iştirak etmək və avtomobilini nümayiş etdirmək istədiyini qeyd edib.

“Marina Bay”də keçirilən sərgidə yürüşdə iştirak edən avtomobil sahibləri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb.

Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə müəyyənləşdirilib.

Qonaqlara musiqi proqramı da təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!