Həm Azərbaycana, həm də BƏƏ-yə məmnunluq bəxş edən tərəfdaşlıq
Prezident İlham Əliyev: "Masdar" "yaşıl enerji"yə keçid sahəsində ən öndə gedən şirkətdir"
Ölkəmiz dünyada etibarlı tərəfdaş imici qazanıb. Neft-qaz sahəsində də uzun müddətdir tərəfdaşlıq etdiyimiz onlarla şirkət var. İndi onların sayı "yaşıl enerji" layihələrindəki birgə iş sayəsində daha da artır. Bərpaolunan enerji hədəflərimizi bir sıra dünyaşöhrətli şirkətlərlə reallaşdırırıq ki, bunlardan biri də "Masdar"dır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu şirkəti ilə tərəfdaşlığın tarixi qısa olsa da, görülən işlər hər iki tərəfə yalnız məmnunluq gətirir. Belə ki, keçən il oktyabrın 26-da şirkətin tikdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. Obyektin təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.
"Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.
Elə bu stansiyanın açılış mərasimi çərçivəsində dövlətimizin başçısının iştirakı ilə Azərbaycan Hökuməti və "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalandı. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpaolunan enerji mənbələri üzrə 4 QVt gücündə "Meqa" layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqavilələrinin birinci mərhələsini əhatə edir.
Bu il iyunun 4-də isə Bakı Enerji Həftəsinin açılışı günü, eyni zamanda sözügedən stansiyaların təməli qoyuldu. Bakı Ekspo Mərkəzində təməlqoymadan əvvəlki çıxışında Prezident İlham Əliyev demişdir: "Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, "Masdar" "yaşıl enerji"yə keçid sahəsində ən öndə gedən şirkətdir".
Dövlətimizin başçısı digər bir vacib məqamı da vurğulamışdır: "Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a evsahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Cabiri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm".
Deyilənlərə yalnız onu əlavə edək ki, "Masdar"ı BƏƏ hökuməti 2006-cı ildə yaradıb. O vaxtdan bəri şirkət zəngin təcrübə toplayıb, günəş və külək enerjisinin inkişafına milyardlarla dollardan çox sərmayə yönəldərək onlarla layihənin iştirakçısı olub. "Masdar" daim təmiz texnologiya innovasiyalarını artırmağa, Yaxın Şərqdə, eləcə də dünyada bərpaolunan enerji sektorunun inkişafina mühüm töhfələr verməyə səy göstərir. "Masdar" qlobal "yaşıl hidrogen" təşəbbüslərinə qoşularaq BP, "Siemens Enerqy", "TotalEnergies", "Marubeni Corporation", Əbu-Dabi Enerji Departamenti və dünyada tanınmış bir sıra digər şirkətlərlə əməkdaşlıq edir.
Azərbaycan bu şirkətin çalışdığı 40-dan çox ölkədən biridir. Onun fəaliyyət göstərdiyi ölkələr sırasında BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqaları var. "Masdar"ın ölkəmizlə də əməkdaşlığının perspektivlərinin böyük olduğu şəksizdir.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!