18 Oktyabr 2025 08:55
746
DÜNYA
A- A+
Gizli "pandemiya"

Gizli "pandemiya"


Avropada uşaqların cinsi istismarı üzrə hazırlanmış yeni hesabat dəhşətli faktlardan xəbər verir

 

Avropa İttifaqı qanunvericiləri "çatlara nəzarət üzrə qanun layihəsi"ni müzakirə  etdiyi zamanda uşaq birlikləri Avropada hər il 5 milyon uşağın onlayn və oflayn rejimdə cinsi istismara məruz qaldığını iddia edib.

33 Avropa ölkəsində aparılan Childlight araşdırmasına görə, Avropada hər 15 uşaqdan biri zorlama və ya cinsi təcavüz qurbanı olub. Onlardan təxminən 4,7 faizi 18 yaşından əvvəl zorlamaya məruz qaldığını, 7,4 faizi isə cinsi zorakılığa məruz qaldığını bildirib.

Bu göstərici qızlar arasında (9,7 faiz) oğlanlara nisbətən (3,9 faiz) xeyli yüksəkdir.

Zorakılıq tez-tez ailə daxilində baş verib:  uşaqların 7,6 faizi 18 yaşına çatmamış ailə üzvü tərəfindən cinsi zorakılığa məruz qalıb. 2023-cü ildə uşaq "qaynar xətt"ləri uşaqların cinsi istismarı və zorakılıqla bağlı 33 mindən çox zəng barədə məlumat verib.

Sorğuda iştirak edən ölkələr arasında ən çox cinsi zorakılığa məruz qalan 5,819 hadisə ilə Niderlanddır. Birləşmiş Krallıq "texnologiya ilə asanlaşdırılan uşaq cinsi istismarı və zorakılığı" üçün əsas yer kimi öndə olub. İrlandiya isə kommersiya cinsi istismarı üçün ən çox teqlərə (oflayn 227) sahibdir. Niderlandda yerləşən veb platformalar Avropada uşaqların cinsi istismarı ilə bağlı materialların 60 faizini təşkil edib. Ölkədə hər 10 min nəfərə düşən hesabatların ən yüksək göstəricisi (880,9 hesabat/bildiriş) qeydə alınıb. Ardınca Slovakiya (193,7) və Litva (190) gəlir.

2024-cü ildə Niderlandın Senatı hostinq şirkətlərindən uşaqlara qarşı cinsi istismar materiallarını öz serverlərindən çıxarmağı tələb edən yeni qanunu təsdiqləyib. Yeni qanunun təkrar pozuntu halında şirkətin dövriyyəsinin 10 faizi qədər cərimə ilə nəticələnə bilər. Bundan əlavə, yeni qanunvericilik tədbirləri yaxın zamanda Niderlandın Qlobal onlayn təhlükəsizliyi tənzimləmə şəbəkəsinə (Böyük Britaniya, Fransa, Cənubi Koreya və Avstraliyanın daxil olduğu bir qrup ölkə) qoşulması ilə gücləndiriləcək.

Onu da qeyd edək ki, 2025-ci ildə Niderland polisi uşaqların onlayn cinsi istismarına qarşı iki genişmiqyaslı əməliyyatda iştirak edib. Birincisi, süni intellekt tərəfindən yaradılan cinsi məzmunu hədəfə alıb, ikincisi isə, 2 milyona yaxın istifadəçisi olan pedofil platforması - "Kidflix"i ləğv edib. 79 nəfərin tutulması və 1400-ə yaxın şübhəlinin şəxsiyyətinin müəyyən edilməsi ilə nəticələnən əməliyyat Europol tərəfindən uşaqların cinsi istismarına qarşı indiyədək keçirilən ən böyük əməliyyatdır.

Childlight hesabatı həmçinin uşaqların təxminən 12,5 faizinin təcavüzə və ya cinsi təcavüzə məruz qaldığı Cənubi Asiyanı da araşdırır. Avropada olduğu kimi, bu regionda da təcavüzə məruz qalma halları qızlar arasında (14,5 faiz) oğlanlardan (11,5 faiz) yüksəkdir.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!