22 Sentyabr 2023 10:20
363
CƏMİYYƏT
A- A+

Gəncənin Şəhidlər xiyabanında təmizlik və abadlıq işləri aparılır

 

 Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətən müharibəsinin 3-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında abadlıq, təmir-bərpa və təmizlik işlərinə başlamışdır.

27 Sentyabr - Anım Gününün yaxınlaşması ilə əlaqədar qurumun canlı qüvvə və texnikalarının cəlb olunduğu aksiyada ərazinin gecə işıqlandırılması sistemindəki nasazlıqlar aradan qaldırılır, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adlarının həkk olunduğu lövhənin önünə və ərazidəki güldanlara yeni mövsümi güllər əkilir, işıq dirəkləri və oturacaqlar boyanır, ərazi tullantılardan, alaq otlarından təmizlənir. Bütün işlər Anım gününədək başa çatdırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video