24 Aprel 2026 11:36
582
Elm və texnika
A- A+
“I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumu keçirilib

“I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumu keçirilib


Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “I Yaşıl İqtisadiyyat (I GreenEco)” Beynəlxalq Forumu keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Forumdan əvvəl tələbələrin əl işlərindən ibarət sərgiyə və universitet əməkdaşlarının hazırladığı stendlərə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət himni səsləndirilib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, hazırda dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi və qida təhlükəsizliyi ilə bağlı artan çağırışlar fonunda yaşıl iqtisadiyyat modelinə keçid strateji zərurətə çevrilib. Bu istiqamətdə ölkəmizdə həyata keçirilən siyasət, xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyən edilən “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi mühüm əhəmiyyət daşıyır.


Rektor çıxışında ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrə də toxunaraq, innovativ tədris proqramlarının tətbiqi, süni intellekt sahəsində ixtisaslı kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib. O, forumun beynəlxalq tərəfdaşlıq baxımından əhəmiyyətini qeyd edərək, xüsusilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə əməkdaşlığın önəmini vurğulayıb, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankı kimi beynəlxalq qurumların dəstəyini yüksək qiymətləndirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev qeyd edib ki, Gəncə şəhəri artıq təkcə tarixi və mədəni mərkəz deyil, eyni zamanda yaşıl iqtisadiyyat və innovativ inkişaf platforması kimi formalaşır. O deyib ki, bu cür beynəlxalq forumlar regionun elmi və iqtisadi potensialının güclənməsinə xidmət edir.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aqrar sahədə rəqəmsal transformasiya və dayanıqlı inkişafın prioritet olduğunu vurğulayaraq bildirib ki, qlobal iqlim dəyişikliyi və resursların məhdudluğu fonunda yaşıl iqtisadiyyata keçid strateji zərurətə çevrilib. Nazir müavini bildirib ki, kənd təsərrüfatında yaşıl texnologiyaların tətbiqi, müasir suvarma sistemlərinin genişləndirilməsi və resurslardan səmərəli istifadə istiqamətində dövlət tərəfindən fermerlərə subsidiyalar və güzəştli kreditlər təqdim olunur. O, həmçinin aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.

Elçin Zeynalov əlavə edib ki, yaşıl iqtisadiyyatın inkişafı istiqamətində beynəlxalq əməkdaşlıq və investisiyaların cəlbi genişlənir, belə forumlar isə təcrübə mübadiləsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayır.

FAO Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhamməd Nasar Hayat çıxışında Azərbaycanda aqrar sahədə həyata keçirilən yaşıl yanaşmaların və innovativ təşəbbüslərin beynəlxalq miqyasda nümunəvi təcrübə kimi qiymətləndirildiyini vurğulayıb.

Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O, yaşıl iqtisadiyyat və dayanıqlı kənd təsərrüfatı istiqamətində birgə təşəbbüslərin genişləndirilməsinin hər iki ölkə üçün mühüm perspektivlər açdığını qeyd edib.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sünniya Durrani-Camal yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi və dayanıqlı kənd təsərrüfatı layihələrinə dəstəyin gələcək inkişaf üçün strateji əhəmiyyət daşıdığını bildirib.

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bu kimi forumların gənclərin ekoloji düşüncəsinin formalaşmasına və innovativ təşəbbüslərin artmasına mühüm təkan verdiyini bildirib.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, yaşıl iqtisadiyyat istiqamətində atılan addımlar ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev kənd təsərrüfatında innovasiyaların tətbiqinin ərzaq təhlükəsizliyi və regionların inkişafı baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, belə platformaların aqrar sahədə müasir yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Çıxışlardan sonra Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Ksaba Quruçanın forum iştirakçılarına videomüraciəti nümayiş olunub.

Tədbir çərçivəsində ADAU-nun tanıtım videoçarxı nümayiş etdirilib.

Daha sonra “Elm və təhsildə yaşıl konsepsiyalar”, “Yaşıl kənd təsərrüfatı: təhsil, sənaye və beynəlxalq tərəfdaşlıq” mövzularında panel müzakirələr keçirilib, həmçinin iştirakçılar arasında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr və ikitərəfli görüşlər keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

16:34
29 Aprel

Yaz allergiyası astmaya çevrilə bilər?

16:33
29 Aprel

Azərbaycanda zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

16:32
29 Aprel

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

16:03
29 Aprel

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

15:59
29 Aprel

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

15:58
29 Aprel

Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub  

15:57
29 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

15:51
29 Aprel

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

15:46
29 Aprel

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

15:42
29 Aprel

May ayına olan hava proqnozu açıqlanıb

15:35
29 Aprel

“Sahibkarlar günü” qeyd olunub

15:20
29 Aprel

Hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işi gücləndirilir  

15:19
29 Aprel

Azərbaycan və Maldiv arasında vizasız rejim qüvvəyə minib

15:18
29 Aprel

Gömrük Məcəlləsi dəyişdirilir – Yeni qanun layihəsi  

15:16
29 Aprel

İƏT-in Təmiz Enerji Mərkəzi təcrübə mübadiləsinə dəstək verməyi planlaşdırır  

14:51
29 Aprel

Almanya Bundestaqının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

14:50
29 Aprel

Birinci rübdə Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb  

14:48
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!