18 Sentyabr 2024 09:35
1827
Təhsil
A- A+
Gəncə Dövlət Universitetində yenidən qurulan tədris binası istifadəyə verilmişdir

Gəncə Dövlət Universitetində yenidən qurulan tədris binası istifadəyə verilmişdir



Gəncə Dövlət Universitetində (GDU) 2024-2025-ci tədris ilinin başlanması və Bilik Gününə həsr edilən tədbir keçirilmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan GDU-nun rektoru Yusif Yusibov yeni tədris ilinin başlanması münasibəti ilə universitetin əməkdaşlarını və tələbələrini təbrik etmiş, birinci kurs tələbələrinə uğurlar arzulamışdır. 

Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısından bəhs edərək dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışmış, son illər ərzində universitetdə əldə olunan nailiyyətlər, ali təhsil ocağının yüksək nüfuzu, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açmışdır. Rektor son, illər universitetə qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının artdığını vurğulayaraq demişdir ki, bu tədris ilində də ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan tələbələrə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə isə ÜOMG-si 91-100 bal aralığında olduğu və universitetin ictimai həyatında fəal iştirak etdiyi halda onlara təqaüdün verilməsi davam etdiriləcək.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək universitet rəhbərliyini, professor-müəllim heyətini və tələbələri təbrik etmiş, gənclərin biliklərə yiyələnməsi üçün ölkəmizdə yaradılan imkanlardan danışmışdır.

Tədbirdə 645 bal ilə universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olan Tovuz Hüseynova ali təhsilini Gəncə Dövlət Universitetində alacağı üçün fəxr etdiyini demişdir. Sonra valideynlərdən Türkan Cəlilova çıxış edərək gənclər üçün yaradılan şərait və imkanlara görə universitet rəhbərliyinə minnətdarlığını bildirmişdir.

 Tədbirin davamında GDU-ya yüksək balla qəbul olan gənclərə hədiyyələr təqdim edilmişdir.

 Daha sonra Gəncə Dövlət Universitetinin VI tədris binasının açılışı olmuşdur. Açılışdan sonra universitet rəhbərliyi və qonaqlar yeni təmir olunan tədris binasına baxış keçirmişlər. Riyaziyyat-informatika fakültəsinin tələbələri üçün nəzərdə tutulan binada hərtərəfli şərait yaradılmışdır. İkimərtəbli binada 16 auditoriya, akt zalı, 5 kompüter otağı, kitabxana və oxu zalı, istilik sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulmuş, bütün kommunikasiya və internet xətləri, avadanlıqlar və yanğınsöndürmə sistemi yenilənmiş, təhlükəsizlik kameraları quraşdırılmışdır. Binanın həyətində xüsusi abadlıq işləri həyata keçirilmiş, tələbələrin dərsdənkənar və asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi şərait yaradılmış, idman meydançası salınmışdır.


 Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!