Qar uçqunu nəticəsində itkin düşərək həlak olan və ötən gün nəşi aşkarlanan müddətli həqiqi hərbi xidmət qulluqçusu İmanov Əli Tariyel oğlu Sabirabad rayonunda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əli İmanovun nəşi Sabirabadda izdihamla qarşılanıb və doğulub boya başa çatdığı Muğan Gəncəli kəndinə gətirilib, vida mərasimi olub və cənazə namazı qılınıb. Sonra onun nəşi dəfn üçün kənd məzarlığına gətirilib. Dəfn mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.
İmanov Əlinin nəşi kənd məzarlığında torpağa tapşırılıb. Əli İmanovun tabutuna bükülən Bayraq qardaşına təqdim olunub.
Qeyd edək ki, İmanov Əli Tariyel oğlu 2006-cı il aprelin 2-də Sabirabad rayonu Muğan Gəncəli kəndində dünyaya göz açıb. 2024-ci il aprel ayında həqiqi hərbi xidmətə yollanıb. Martın 19-da əsgər İmanov Əli Tariyel oğlu və əsgər Həmidov Ruslan Rüstəm oğlu Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçquu nəticəsində itkin düşüblər. Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi və Fövqaladə Hallar Nazirliyinin birgə məlumatına əsasən Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.
Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar
Baş prokuror Vyetnamda işgüzar səfərdədir
Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək
Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəyə gətirilib
Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb
Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır
Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?
Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb
ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib
Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır
Azərbaycanın veteran futbolçusu vəfat edib
Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir
“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!