18 Oktyabr 2025 20:39
529
CƏMİYYƏT
A- A+
Füzulidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Füzulidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb


Vətən uğrunda canlarını fədan edən şəhidlərdən olan Şamil Əliyev və Nurlan Rzayevin anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Əliyev Şamil Xançoban oğlu 1996-cı il martın 20-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Şamil həm də vətənpərvərliyi ilə seçilib. Böyüyəndə hərbçi olmağı arzu edən Şamil həqiqi-hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Kəşfiyyatçı olaraq xidmətini fərqlənmə ilə bitirən Şamil daha sonra ordu sıralarında xidmət etmək üçün müraciət edib. 2015-ci ildən müddətdən artıq xidmətçi kimi Vətən keşiyində dayanan Şamil Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı olaraq xidmətini davam etdirib. 2016-cı il Aprel döyüşlərində də Şamil qəhrəmanlığı və şücaəti ilə seçilib. Xidməti dövründə də bir sıra fəxrli fərmanla təltif edilib. 2020-ci il sentyabr ayının 27-də düşmən təxribatının qarısının alınması məqsədilə ordumuzun əks-hücumunda Şamil də ön sıralarda döyüşə qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində bir çox uğurlu tapşırıqlarda iştirak edib. Döyüşlərdən birində yaralanan Şamili müalicə üçün 15 gün müddətində xəstəxana şəraitində qalmağı tapşırsalar da o, öz istəyi ilə yenidən döyüşlərə qoşulub. Oktyabrın 16-da Şamil qəhrəmancasına döyüşərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şamil Əliyev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Rzayev Nurlan Yusif oğlu 1991-ci il mayın 23-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində dünyaya göz açıb. Nurlan hələ iki yaşında olarkən ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşüb. Nurlan Rzayevin atası Yusif Rzayev də I Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən həsrətinin nə olduğunu yeniyetmə çağlarından anlayan Nurlan 2014-cü ildə hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidməti zamanı da nizam- intizamı ilə fərqlənib. Vətən müharibəsi başlanan tarixdən könüllü olaraq ordu sıralarına qatılıb və Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. İşğal altında olan torpaqlarımızın azad olunmasında böyük fədakarlıq göstərib. Oktyabrın 17-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və Beyləqan rayonunun Şəfəq qəsəbəsi qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Nurlan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!