26 Iyul 2024 16:30
239
DÜNYA
A- A+

Fransada sürət qatarları şəbəkəsinə kütləvi hücumla bağlı bəzi detallar açıqlanıb

 

Xəbər verildiyi kimi, iyulun 26-da gecə saat 1-dən 5:30-dək Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə qarşı beş təxribat cəhdi qeydə alınıb, onlardan yalnız birinin qarşısı alınıb. Nəticədə 800 min sərnişin qatarlarının gecikməsi və ya reyslərin ləğv edilməsi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, təxribatlar planlı şəkildə və eyni vaxtda həyata keçirilib. Hadisələr zamanı sürücülərin təhlükəsizliyi və açarların işləməsi üçün vacib olan fiber-optik kabellərin kəsilməsi, sonradan yandırılması baş verib. Yerli mətbuat bu hadisələrin ictimaiyyətə aid məkanlarda baş verdiyini qeyd edərək, bu işdə prosesi bilən şəxsin və şəxslərin əli olduğunu ehtimal edib.

Paris prokurorluğu Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) bütün saytlarına qəsdən ziyan vurulması ilə bağlı istintaq işi açıb. İstintaq bir neçə ittihamı, eləcə də xalqın əsas maraqlarına ziyan vura biləcək əmlakın korlanması və məlumatların avtomatlaşdırılmış sisteminə hücumu əhatə edir.

Ölkədə Atlantik, Şərq və Şimal istiqamətlərində sürət qatarlarının (TGV) hərəkəti dayanıb. SNCF səyahətçilərə səfərlərini təxirə salmağı və stansiyalara getməməyi tövsiyə edib. Bildirilib ki, bütün biletlər dəyişdiriləcək və geri qaytarılacaq.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Fransa hakimiyyətinə etimad göstərdiyini, bütün lazımi tədbirlərin görüldüyünü və hakimiyyətə 180 beynəlxalq kəşfiyyat xidmətinin kömək etdiyini vurğulayıb.

Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış baş verən bu hücum Parisə gələn çox sayda səyahətçinin və turistin səfərini çətinləşdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video