Fövqəladə Hallar Nazirliyi (FHN), Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.
Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 1000 kilometrə yaxın məsafədə 13 min aldadıcı yem səpilib.
XİN: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik
Ukrayna mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb
Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Azərbaycanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
2024-cü ilin əsas ifadəsi təyin edilib
Atmosferi ən çox çirkləndirən sosial şəbəkə TikTok imiş
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən
Naxçıvanın daxili işlər orqanlarına müasir texnologiyalarla təchiz edilmiş avtomobillər verilib
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Türkiyədə hərbi dəniz təlimləri keçiriləcək
“Araz-Naxçıvan” Avstriya və Türkiyədə çıxış edən braziliyalı ilə danışıqlar aparır
Juninyo “Sevilya” klubu ilə müqavilə imzalayacaq
Yunanıstanda 4 günlük matəm elan edilib
IFJ: 2024-cü ildə 122 jurnalist öldürülüb
“Whatsapp” dəstək çatı funksiyasını təqdim etməyə hazırlaşır
Macarıstanın Prezidenti Tamaş Şuyokdan
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugedən
Pakistanda baş verən avtobus qəzası nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti01 Yanvar 2025
MƏN AZƏRBAYCANLIYAM!30 Dekabr 2024
Prezident İlham Əliyev qlobal enerji təhlükəsizliyinin təminatçısıdır29 Dekabr 2024
İnkişaf büdcəsi28 Dekabr 2024
Proseslər Prezidentin nəzarətindədir27 Dekabr 2024
Düşünülmüş siyasət, əzm və qətiyyət26 Dekabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!