17 Yanvar 2026 08:45
1043
İQTİSADİYYAT
A- A+
Fermerin məsləhətçisi alim olmalıdır

Fermerin məsləhətçisi alim olmalıdır


Yüksək məhsulu yalnız düzgün sort seçimi ilə əldə etmək mümkündür


Aqrar sektorun ayrı-ayrı sahələrində qazanılan bütün nailiyyətlərin təməlində  düzgün sort seçimi durur. Bu baxımdan kənd təsərrüfatında əldə olunan səmərəli elmi yeniliklərin, ixtraların, yaradılan yeni immunitetli sortların istehsalata tətbiqi dövrün tələbidir.

Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ayrı-ayrı ölkələr və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən tədbirlər məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi, rəqəmsallaşma, subsidiyaların genişləndirilməsi və bölgələrdə aqrar infrastrukturun gücləndirilməsi istiqamətlərini əhatə edir. 2024-cü ildə Azərbaycanda 380704 fermerə ümumilikdə 362,5 milyon manat subsidiya verilib. 2025-ci ildə bu rəqəm bir qədər də artıb. 

Aqrar sahədə elmi texnologiyanın tətbiq oluması bu sahədə çalışanlara, o cümlədən fermerlərə, sahibkarlara suvarma, torpaq monitorinqi, xəstəliklər və zərərvericilərlə yoluxmanın izlənilməsi, onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi kimi sahələrdə ətraflı elmi məlumatların verilməsinə və müvafiq qərarlar qəbul etməyə yaxından kömək edir. Hazırda bölgələrdə sürətlə aqroparklar yaradılır, regionlar üçün digər yeni kənd təsərrüfatı modelinin formalaşması həyata keçirilir. Suvarma sistemlərinin müasirləşdirilməsi, iqlim dəyişikliyinə davamlılığı artıran milyonlarla manat sərmayə ilə davamlı infrastruktur qurulur ki, bu da əkin sahələrindən məhsuldarlığı, yəni maddi gəliri artırır. 

Beynəlxalq əməkdaşlıq sayəsində kənd təsərrüfatının rəqəmsallaşdırılması layihələri də həyata keçirilir. Müvafiq benəlxalq təşkilatlarla, xüsusilə Türkiyə ilə əməkdaşlıq çərçivəsində dənli-paxlalı və digər kənd təsərrüfatında becərilən bitkilərin xəstəliklərə davamlılığını artırmağa yönəli fitosanitar və seleksiya işləri həyata keçirilir.  

Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar və tədbiq olunan yeni layihələr kənd təsərrüfatının modernləşdirilməsi, fermerlərə dövlət dəstəyinin artırılması, rəqəmsal sistemlərin tətbiqi, iqlim dəyişikliyinə uyğunlaşdırılmış yanaşmalar, beynəlxalq əməkdaşlıq və regionlarda yeni aqrar infrastrukturun qurulması istiqamətlərini əhatə edir. Bu təşəbbüslər ölkənin kənd təsərrüfatı sektorunun davamlı inkişafını və kənd yerlərinin sosial-iqtisadi həyatının yaxşılaşdırılmasını hədəfləyir.

Dənli-paxlalı bitkilərlə yanaşı, meyvəçilik, tərəvəzçilik və üzümçülük də ölkəmizin kənd təsərrüfatında önəmli yer tutan sahələrdəndir. Son illər Azərbaycandan meyvə və tərəvəz məhsullarının ixracı həm həcm, həm də dəyər baxımından əhəmiyyətli dərəcədə artıb. Bu artım meyvəçilik məhsullarının rəqabət qabiliyyətinin yüksəldiyini, ixrac bazarlarının genişləndiyini göstərir. Son illər dövlət tərəfindən meyvəçilik sahəsində subsidiyalar və digər dəstək mexanizmləri gücləndirilib. Azərbaycanda meyvəçiliyin inkişafı üçün qəbul edilmiş əsas sənədlərindən biri "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər Dövlət Proqramı"dır. 2025-ci ilin 7 ayında manat yeni meyvə bağlarının salınmasına təxminən 43,7 milyon subsidiya verilib. 2024-cü ildə meyvə bağlarından 1,318 milyon ton meyvə və giləmeyvə məhsulu yığılıb. Ümumiyyətlə, aqrar sahənin meyvəçilik sektorunda son illər strateji sənədlər çərçivəsində uzunmüddətli planların icrası həyata keçirilir. Müasir meyvə bağlarının salınması üçün verilən subsidiyaların həcmi artırılır, elm-tədqiqat və kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir, regionlara uyğun ixtisaslaşma və lokal potensialdan səmərəli istifadə olunması kimi aqrar siyasət həyata keçirilir.

Azərbaycanda üzümçülük qədim ənənələrə malikdir. Bu sahənin bərpası və inkişafı müstəqillik illərindən etibarən prioritet istiqamət elan edilib. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" və "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı" ölkəmizdə üzümçülüyə dair aqrar siyasəti və strategiyanı formalaşdıran mühüm dövlət sənədləri olmuşdur. 

Bu gün də üzümçülük digər aqrar sahələr kimi, dövlət tərəfindən dəstəklənir. Fermerlərə subsidiyalar verilir, elmi kömək və bazar axtarışı kimi tədbirlər həyata keçirilir ki, bu da üzümçülükdə həm xammal, həm də emal məhsulları üzrə potensialı genişləndirir. Hazırda bu sahədə ölkənin müvafiq elmi-tədqiqat müəssisələrində araşdırma işləri aparılır, yeni sortların alınması üzrə seleksiya aparılır və müasir aqrotexnologiyaların tətbiqi üzərində işlər yerinə yetirilir. 

Son dövrlər Azərbaycanın üzümçülük bölgələrində, xüsusən işğaldan azad olunmuş ərazilərdə bu sahənin elmi əsaslarla genişləndirilməsi üçün Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda, Naxçıvan Bioresurslar İnstitutunda  və digər tədqiqat müəssisələrində elmi əsaslar işlənilmiş, çox sayda perspektivli yeni sortlar yaradılmışdır. Belə yeni üzüm sortlarından Naxçıvan Dövlət Universiteti Bioresurslar İnstitunda son dövrlər seleksiya yolu ilə əldə edilən, patent və müəlliflik şəhadətnaməsi alınan, xəstəlik və zərərvericilərə dözümlü olan "Qəhvəyi kişmişi", "Süfrə bayanşirə", "Oğuz", "Əlincə", "Bənəniyar", "Milax", "Naxçıvan muskatı", "Nərgizi" və "Uğur" adlı yüksək iqtisadi əhəmiyyətli üzüm sortlarını göstərmək olar. Bu üzüm sortları Azərbaycan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilərək rayonlaşdırılmışdır. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda 600-ə qədər aborigen və introduksiya olunmuş, həmçinin seleksiya nəticəsində alınmış yeni üzüm sortları yayılmışdır.

Bir daha vurğulayaq ki, kənd təsərrüfatında düzgün sort seçimi vacib şərtdir.  Odur ki, bu istiqamətdə elmi-tədqiqat işlərində əldə edilən elmi yeniliklər, nəticələr və yeni sortların istehsalata tətbiqi diqqət mərkəzində olmalıdır. Yalnız belə halda elm uğurlu hesab olunur. 


VARİS QULİYEV,

aqrar elmləri doktoru, Naxçıvan Dövlət Universiteti Bioresurslar İnstitutunun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!