25 Iyul 2024 11:19
191
İDMAN
A- A+

Fərid Qayıbov Paris şəhərində idman nazirlərinin “Change the Games” beynəlxalq forumuna qatılıb

 

 

UNESCO-nun təşkilatçılığı ilə Paris şəhərində idman nazirlərinin “Change the Games” beynəlxalq forumu keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Paris-2024” Yay Olimpiya Oyunları ərəfəsində baş tutan forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov panel iclaslarında müzakirələrə qatılıb, Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə məlumat verib.

Fərid Qayıbov forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla, Çili Respublikasının idman naziri Jaime Pizarro Herrera, Anqolanın gənclər və idman naziri Rui Falkao, Madaqaskarın nəqliyyat və meteorologiya naziri Manambahoaka Valery Fitzgerald Ramonjavelo, Tanzaniya Birləşmiş Respublikasının Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri Damas Daniel Ndumbaro, Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri Zizi Kodva, Samoanın idman və istirahət naziri Laumatiamanu Ringo Mathev Purcell və Kosta-Rika Respublikasının idman naziri Hernan Solano ilə ikitərəfli görüşlər keçirib.

UNESCO-nun ofisində, həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video