Ermənistanın KTMT-dən imtinası siyasi və hərbi kataklizmlərlə nəticələnə bilər
Ermənistanın baş naziri Nikol Paşinyan "France24" telekanalına müsahibəsində kollektiv təhlükəsizlik müqaviləsinin 2022-2023-cü illərdə onun ölkəsinə münasibətdə yerinə yetirilmədiyini bildirib və İrəvanın KTMT-də üzvlüyünü "dondurduğunu" bəyan edib. KTMT-dən isə bildirilib ki, İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı katibliyə müraciət daxil olmayıb.
Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün Ermənistan-Rusiya münasibətləri böhran həddinə çatıb: "Bu ölkələr hüquqi baxımdan strateji və hərbi müttəfiq hesab edilsələr də, reallıq tamamilə başqadır. Ermənistan Rusiyanın aparıcı qüvvə olduğu Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatında formal olaraq mövcuddur, orada praktiki olaraq heç bir addım atmır. İrəvan KTMT-də nəinki fəaliyyət göstərmir, hətta bu qurumun tədbirlərindən nümayişkaranə şəkildə imtina edir. Bu isə o deməkdir ki, Ermənistan yalnız hüquqi baxımdan KTMT-nin üzvüdür. De-fakto isə bu təşkilata onun üzvlüyündən söhbət belə gedə bilməz".
Deputatın sözlərinə görə, Ermənistanın planlaşdırdığı növbəti siyasi addımlar Rusiya-Ermənistan münasibətlərinin ən pik həddə korlanmasına səbəb ola bilər. Belə ki, Ermənistan qəbul etmək istədiyi yeni konstitusiyaya ərazilərində hansısa üçüncü ölkəyə məxsus hərbi bazanın olmaması ilə bağlı bənd salmaq niyyətindədir. Yeni konstitusiyada bu bənd yer alacağı təqdirdə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası bu ölkədən çıxarılmalıdır. Bu məsələ konstitusion yolla həllini tapacağı halda, deməli Ermənistanın KTMT-dən çıxması artıq reallığa çevrilə bilər. Lakin Kremlin bunları sadəcə kənardan izləyəcəyi inandırıcı deyil, istisna edilmir ki, bunun qarşılığında İrəvana ciddi təzyiqlər göstəriləcək. Bu, ciddi iqtisadi resurslara malik olan Rusiya üçün çox asandır.
Elman Nəsirov Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılılığına da diqqət çəkib. Bildirib ki, bunda Ermənistanın elektrik enerjisi tələbatının 40 faizinin Metsamor atom-elektrik stansiyası hesabına həyata keçirilməsi, eyni zamanda bir çox sahələr üzrə monopolist mövqeyin Rusiyaya məxsus olması nəzərə alınmalıdır. Ona görə də İrəvan konstitusiyasına belə düzəliş edərsə, Ermənistanla Rusiya arasında sözün həqiqi mənasında, çox ciddi ixtilaflar yarana bilər. Bu isə birbaşa siyasi və hərbi kataklizmlərin baş verməsinə yol açar.
Deputat yekunda vurğulayıb ki, KTMT-nin katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciətin daxil olmaması ilə bağlı açıqlamadan isə belə bəlli olur ki, Paşinyanın tezisi hələlik təşkilatın bir sıra tədbirlərində iştirak etməməklə əlaqədardır.
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!