08 Aprel 2025 08:10
452
SİYASƏT
A- A+
Ermənistanın ikili siyasəti sülh prosesini çətinləşdirir

Ermənistanın ikili siyasəti sülh prosesini çətinləşdirir


Atəşkəsin pozulması və aşkar silahlanma rəsmi İrəvanın məkrli niyyətini göstərir


"Ermənistan rəhbərliyinin son dövrlərdə sülh çağırışları ilə çıxış etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komanda üzvləri üzdə sülhdən danışsalar da, realda yürütdükləri siyasətləri ilə bunun əksini edirlər".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, son dövrlər Ermənistanın Qərbdəki havadarlarından öldürücü silahlar almasının şahidiyik. Rəsmi İrəvan maddi qarşılığını ödəmədən müasir hücum silahları ilə təmin edilir. Həmişə olduğu kimi, imperialist maraqların alətinə çevrilmiş Ermənistan hələ də sülhpərvər kimi yox, aqressor rolunda çıxış edir. 

K.Bayramov qeyd edib ki,  Azərbaycan tərəfi  sülh mövqeyində olaraq məsələlərin həllinə daim çalışıb: "Amma Ermənistanın davranışları sülh prosesinin inkişafını çətinləşdirir və gələcəkdə qarşılıqlı etimadın qurulmasına maneə yaradır. "Sülhpərvər" ritorika fonunda Ermənistan ordusunun və ya onun nəzarətində olan silahlı qrupların Azərbaycan mövqelərini mütəmadi olaraq atəşə tutması reallıqda sülhə qarşı açıq təxribatdır. Bu, ya Ermənistan hakimiyyətinin silahlı dəstələr üzərində tam nəzarətinin olmamasını, ya da sülh bəyanatlarının sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını göstərir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, mart və aprel ayları ərzində Ermənistan tərəfindən atəşkəs rejimi dəfələrlə pozulub. Bu təxribatlar Ermənistanın sülh danışıqlarına qeyri-səmimi yanaşdığını, prosesi ləngitməkdə maraqlı olduğunu göstərir. Bununla yanaşı, Ermənistan rəhbərliyinin Minsk qrupunun ləğvi ilə bağlı konkret addım atmaması da diqqətdən yayınmır. Ermənistan Minsk qrupunun fəaliyyətini formal olaraq bitmiş hesab etsə də, bu formatdan tam imtinanı rəsmi şəkildə bildirməyib. Bakı dəfələrlə bildirib ki, artıq Minsk qrupu fəaliyyətsiz və qeyri-funksional format kimi tarixə qovuşub".

Deputat əlavə edib ki, Ermənistanın siyasəti sülhə xidmət etmədiyi kimi, regionda sabitliyin qorunmasına da zərbə vurur. Ermənistanın bu cür ikiüzlü siyasəti, sülhə doğru irəliləməyi çətinləşdirir və beynəlxalq ictimaiyyəti və tərəfdaşları bu məsələdə daha diqqətli olmağa sövq edir. Rəsmi Bakı isə sülh sazişinin imzalanması üçün konkret və ardıcıl addımlar atıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. Lakin Ermənistanın təxribatçı əməlləri və qeyri-səmimi siyasəti bu istiqamətdə əsas maneə olaraq qalır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!