20 Mart 2025 08:50
917
SİYASƏT
A- A+
Ermənistan sülh prosesinə təxribatla cavab verir

Ermənistan sülh prosesinə təxribatla cavab verir


Son günlərdə Azərbaycan Ordusunun mövqelərinin Ermənistan ərazisindən atəşə tutulması davamlı hal alıb. Müdafiə Nazirliyinin məlumatlarına əsasən, martın 16-dan Ermənistanın Basarkeçər, Gorus, Qarakilsə, Keşişkənd rayonları istiqamətindən ordumuzun mövqeləri 9 dəfə atəşə tutulub.

Ermənistan Azərbaycan ərazilərini davamlı atəşə tutmağa başlayıb. Bu isə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı vaxtda baş verir. Xarici işlər naziri Ceyhun Bayramov martın 13-də jurnalistlərə müsahibəsində sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını bildirmişdi. "Biz bir neçə dəfə açıqlama vermişdik ki, son iki açıq maddə qalıb. Bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə bizə çatdırıb. Ona görə mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd edə bilərik", - deyə nazir demişdi.

Ermənistanın kütləvi informasiya vasitələri də bu ölkənin Xarici İşlər Nazirliyinə istinad edərək sülh sazişi mətninin son iki bəndinin razılaşdırıldığı ilə bağlı məlumatlar yayıblar. Bir sıra dövlətlərdən gələn açıqlamalarda sülh sazişi ətrafında əldə olunan razılaşma alqışlanıb. 

Amma Ermənistanın ərazilərimizi atəşə tutmaqla təxribatlara yol verməsi sülh prosesinə kölgə salır. Ərazilərimizin atəşə tutulması həm də Ermənistanın ənənəvi davranışlarını xatırladır. Söhbət ondan gedir ki, hələ Vətən müharibəsindən əvvəl danışıqlar prosesinin hansısa mərhələsində Ermənistan dəfələrlə təxribatlar törədərək sülh danışıqlarını məqsədyönlü şəkildə tormozlamış, bununla da status-kvonun uzadılmasına çalışmışdı. Hansısa irəliləyiş məqamında və hansısa razılaşma üçün şərait yarananda İrəvan cəbhə xəttində təxribat törədirdi. Hətta işğalı davam etdirmək üçün danışıqlar zamanı Ermənistan prezidentinin tualet bəhanəsi ilə aradan çıxdığı vaxtlar da olub. 

44 günlük müharibədən sonra da sülh prosesinin uzanmasının səbəbkarı məhz Ermənistandır. Görünən odur ki, Ermənistan köhnə şakərindən əl çəkə bilmir və ya Paşinyan hökuməti də sələflərinin yürütdüyü siyasəti davam etdirir. Amma Ermənistan hakimiyyəti yenə də erməni xislətindən çıxış edərək ordumuzun mövqelərinin atəşə tutulduğunu inkar edir.  Belə ki,  bütün bunlardan sonra Ermənistan baş nazirinin ofisi Azərbaycana qarşı tamamilə əsassız iddialar irəli sürməklə yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edib. 

Azərbaycan Xarici İşlər Nazirliyindən bununla bağlı verilən şərhdə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu videoçəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir. Eyni zamanda Ermənistanın hələ bundan əvvəl də bütün vasitələrlə sülh prosesini pozduğu faktını xatırladıb: "İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər". 

Sülhə gedən yol həm də Ermənistanın konstitusiyasına dəyişiklik edilməsindən keçir. Sülh sazişinin imzalanması üçün bu ölkə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları  konstitusiyasından çıxarmalıdır. Bu, Azərbaycanın prinsipial mövqeyidir.  Eyni zamanda Ermənistan fəaliyyətini faktiki dayandırmış ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturların da rəsmi şəkildə ləğv olunması üçün müraciət etməlidir.

Ermənistan əgər sülhün və münasibətlərin normallaşdırılmasının tərəfdarıdırsa, təxribatlara son qoymalı, Azərbaycanın prinsipial və beynəlxalq hüquq qaydalarına əsaslanan şərtlərinə əməl etməlidir.  Yalnız belə olduğu təqdirdə dayanıqlı sülhün əldə edilməsi mümkündür. Əgər bunlar olmazsa, sülh də olmayacaq, itirən isə yenə də Ermənistan olacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb

13:11
13 Mart

Çinin səfiri: Azərbaycan ÇXR Sədrinin qlobal təşəbbüslərini dəstəkləyir

12:43
13 Mart

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Ötən il Azərbaycanın sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub  

12:13
13 Mart

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə dövlət tərəfindən mənzillər verilib

12:10
13 Mart

Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir

12:09
13 Mart

Ötən il 959 təhsil müəssisəsində cari təmir işləri aparılıb

12:08
13 Mart

Sürücülər arasında daha çox rast gəlinən 5 təhlükəli vərdiş

12:01
13 Mart

Baş nazir: Son 7 ildə 4 milyon insanı əhatə edən sosial islahatlar həyata keçirilib  

11:53
13 Mart

Anar Bağırov: Andiçmədən sonra vəkillərin sayı artacaq

11:51
13 Mart

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

11:49
13 Mart

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

11:48
13 Mart

Konstitusiya Məhkəməsinin sədri: Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib  

11:46
13 Mart

Bakı Forumunda “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzusunda müzakirələr başlayıb  

11:42
13 Mart

Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

11:36
13 Mart

Əli Əsədov: Vaşinqton Zirvə Görüşü regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şərait yaradıb  

11:32
13 Mart

Baş nazir: Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır  

11:29
13 Mart

BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı gərgin müzakirələr 

11:29
13 Mart

Baş nazir: 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mühüm mərhələ kimi yadda qalıb  

11:18
13 Mart

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

11:17
13 Mart

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!