08 Aprel 2025 08:15
524
SİYASƏT
A- A+
Ermənilərin məkrli planı

Ermənilərin məkrli planı


2020-ci ilin Vətən müharibəsindən bizi 5 ilə yaxın bir zaman ayırsa da, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi hələ də müzakirə mövzusu olaraq qalır. Cari il martın 13-də hər iki ölkənin rəsmiləri mətbuata açıqlama verərək "Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsini imzalamaq üçün hazır olduqlarını bildirmişdilər.

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə sazişin imzalanma müddəti ilə bağlı belə demişdir: "Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan XİN ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanatla çıxış edib. Onların öz ideyaları, bizim isə öz ideyalarımız var, güman edirəm ki, bu müzakirələr zamanı həmin ideyaları yaxınlaşdırmağa çalışacağıq". Daha sonra baş nazir əlavə etmişdir: "Razılaşdırılmayan son iki bənd üzrə razılıq əldə olunub. Bunlar beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan çəkinmək və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi ilə bağlı bəndlər idi. Onlar sülh sazişi qüvvəyə mindikdən sonra həyata keçirilməlidir".

Prezident İlham Əliyev isə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləmişdir: "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

Dövlət başçısı əlavə edib: "İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir".

Sülh müqaviləsinin imzalanmasına mane olan ikinci səbəb isə Ermənistanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi olaraq dayandırılmasına tələsməməsidir. Şübhəsiz ki, bu, heç də səbəbsiz deyil. Məlumdur ki, Ermənistanın müttəfiqi Fransa hələ də Minsk qrupunu Cənubi Qafqazda təsir aləti kimi saxlamaq istəyir. Əgər bu gün  Ermənistan Azərbaycanla birlikdə ATƏT-ə Minsk qrupunun ləğv olunması ilə bağlı birgə bəyanatla çıxış edərlərsə, bu, Cənubi Qafqazda geosiyasi marağı olan Fransaya ciddi surətdə toxuna bilər. Aydın məsələdir ki, Fransa öz maraqları naminə bütün imkanlardan istifadə edərək iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Hətta Ermənistanı nümayişkaranə sürətdə ağır silahlarla silahlandırmaqdan belə çəkinmir.

Rəsmi Bakının mövqeyi həm də belədir ki, Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) kəşfiyyat fəaliyyəti göstərən missiyasının qalmaqda davam etməsi Cənubi Qafqaza ciddi sabitlik təhdidləri formalaşdırır.

Sözdə sülh müqaviləsinin imzalanmasından həvəslə danışan Ermənistan, digər tərəfdən sərhəddə təxribatların sayını da artırıb. Ermənistan Silahlı Qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, bu ölkənin silahlı qüvvələrinin bölmələri son günlər müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutublar. 

Buradan da aydın görünür ki, Ermənistan rəhbərliyinin sözü ilə əməlləri üst-üstə düşmür. Son olaraq Nikol Paşinyan hökumətin iclasında deyib ki, sülh sazişi imzalanandan sonra ümumi sərhədlərdə üçüncü qüvvələr yerləşdirilməyəcək. Belə çıxır ki, sazişin Avropa İttifaqının mülki missiyasına aidiyyəti olmayacaq, çünki həmin missiya sərhədlərdə sazişə qədər artiq yerləşdirilib. Paşinyanın bu sürüşkən ifadələri digər erməni məmurları tərəfindən də səsləndirilir. Bu ölkənin XİN rəhbərinin müavini Paruyr Ovanesyan bəyan edib ki, üçüncü qüvvə anlayışı Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan sərhədlərində fəaliyyət göstərən missiyasına aid deyil, çünki sazişdə söhbət "qüvvə"dən getdiyi halda, "avromissiya" sadəcə mülki təsisatdır, eyni zamanda fəaliyyəti gələcəkdə Ermənistanın seçki və daxili siyasi məsələlərinə də yönəldilə bilər. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Avropa İttifaqının missiyası məsələsində Azərbaycanla prinsipial razılaşmaya hazır deyil. Bu bir faktdır ki, Ermənistan Avropa İttifaqının casus missiyasının oradan çıxarılmamasında nəinki maraqlı deyil, əksinə, həmin qüvvələrin qalması üçün ciddi səy göstərir.

Belə görünür ki, Ermənistan danışıqları uzatmaqla rəsmi İrəvan iki şərti yerinə yetirmək istəmir. 2026-cı il seçkilərindən sonra konstitusiya dəyişikliyinə baxılacağı barədə vəd verir və Minsk qrupunun buraxılmasına razılaşmır. Üstəlik, İrəvanın mərkəzində bir qrup separatçının etirazı təşkil edilir, onların Qarabağa qayıtması məsələləri qabardılır. Odur ki, rəsmi İrəvanın ritorikasına deyil, praktik siyasətinə baxmaq lazımdır. 

Əgər Avropa İttifaqının "mülki missiyası" şərti sərhədlərdəki "üçüncü qüvvələr" deyilsə, bəs o zaman nədir? Bəllidir ki, Aİ missiyası aşkar casusluqla məşğul olur, erməni tərəfi üçün informasiya toplayır. Tərkibi keçmiş hərbçilərdən, kəşfiyyatçılardan, jandarmlardan ibarətdir. Onu da qeyd edək ki, ABŞ özünün ən yeni müşahidə sistemlərini Ermənistan ərazisində yerləşdirib. Onlar təkcə Azərbaycanı yox, qonşu ölkələrin ərazilərini də müşahidə edirlər. Ermənistanın ən yaxın müttəfiqi İranın bütün əraziləri də ABŞ sistemləri tərəfindən müşahidə altındadır. İrəvan hökuməti ilə yanaşı, erməni kilsəsinin, erməni lobbisinin də son günlər fəallaşması heç də Ermənistanın sülh müqaviləsini imzalamağa hazırlaşmasından xəbər vermir. Deməli,  Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olması barədə verdiyi bəyanatlar bu ölkənin yeni müharibəyə hazırlıqlarını gizlətmək üçün uydurulmuş oyundur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!