02 May 2024 22:03
287
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla Ukrayna arasında dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu əlaqələrin sosial sahəni də əhatə etdiyini vurğulayıb. O, ötən dövrdə sosial müdafiə sahəsində, habelə nazirliklə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış sənədlərin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib.

Görüşdə tibbi-sosial reabilitasiya sahəsində əməkdaşlıq təcrübəsindən, sosial xidmətlərin təşkili və bu sahədə standartların hazırlanması ilə bağlı aparılmış təcrübə mübadiləsindən bəhs olunub. Həmçinin son illər Ukraynada müharibədən əziyyət çəkmiş uşaq və gənclərin ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunması sahəsində görülmüş işlər qeyd edilib.

Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə elektronlaşdırma proqramının uğurları, əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiya xidmətləri, habelə son nəsil protezlərlə təminat barədə məlumat verilib.

O.Kondratyuk ölkəsi ilə Azərbaycanın əlaqələrinin inkişafından məmnunluğunu, sosial islahatlar prosesində ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüşdə sosial sahədə, həmçinin reabilitasiya sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video