09 Noyabr 2025 09:20
1163
CƏMİYYƏT
A- A+
Əliyarın dönüşü - 34 ilin səssiz şəhadəti

Əliyarın dönüşü - 34 ilin səssiz şəhadəti


Torpağın ruhu oyananda səssizlik danışır, sükut dilə gəlir. Hər dağ, hər daş, hər ağac, hər çiçək sanki bir nəğmə oxuyur - azadlığın nəğməsini. Bu torpaq çox ağrılar görmüş, dözmüş, səbir etmişdi. Amma səbrin bir sonu, dözümün bitən yeri ilə yanaşı, inamın da bir zirvəsi var. O zirvəyə biz çatdıq və zəfər qazandıq. Zəfər illərin göz yaşının, nəsillərin duasının, şəhid qanının ucalığa çevrildiyi anın adıdır. Bu zəfər millətin yaddaşına yazılan şərəf dastanıdır. Hər birimizin ürəyində yaşayır, bayrağımızla birgə ucalır.

Bəzən torpaq yalnız zəfərlə deyil, həsrətlə də danışır. Bir zamanlar Şuşanın qayalıqlarında döyüşən bir igid vardı - Əliyar Əliyev. O, Birinci Qarabağ müharibəsində Kərkicahan, Daşaltı, Turşsu, Qaybalıda son gülləsinə qədər döyüşdü və geri dönmədi. Ağdamdan başlayan döyüş yolu Şuşada əbədi başa çatdı. 34 il boyunca adı "itkin" kimi çəkildi, ailəsinin, eləcə də xalqın qəlbində isə şəhid kimi yaşadı. Döyüş yoldaşlarının xatirələrinə görə, Əliyar son dərəcə cəsur, lakin təvazökar idi. Heç vaxt özündən danışmaz, amma hər zaman deyərmiş: "Şuşanı vermək olmaz. Orda qanımız var, tariximiz var". Sanki bu sözləri Allah onun qəlbinə pıçıldamışdı. Bəlkə də ürəyinə damıbmış ki, qanı Şuşa torpağına qarışacaq. Ona görə də hər addımıyla torpağın azadlığına xidmət etdi, hər gülləsi ilə gələcəyə ümid qoydu. Döyüş meydanında qorxusuzluğu, səssiz iradəsi və Vətən sevgisi ilə fərqlənirdi. Çünki onun döyüş təcrübəsi var idi. 1981-ci ildə SSRİ ordusunun tərkibində Əfqanıstanda vuruşmuşdu. Hətta orada göstərdiyi şücaətə görə orden, medallarla təltif olunmuşdu.

Əliyar Əliyev Bakı Neft Texnikumunu bitirdikdən sonra təyinatla Rusiyanın Xarkov şəhərinə göndərilmişdi. Orada həyat yoldaşı və iki övladı ilə yaşayırdı. Zaman o zaman idi ki, Azərbaycanda Qarabağ hadisələrinin dalğası yüksəlirdi, vətənə çağırışlar edilirdi, xəbərlər ürəkləri titrədirdi. Hər dəfə qəzetlərdə yazılan xəbərləri oxuyanda deyirdi: "Vətən çağırır, mən də getməliyəm". Və günün birində yola çıxdı. Ailə həyatının sakitliyi, işin gündəlik qayğıları belə onu dayandıra bilmədi. İlk günlər ailəsi razı deyildi. Əfqanıstanda döyüş yaraları almış cəsur Əliyarın yenidən silaha sarılmasına, iki körpə balasını arxada qoyub getməsinə ürəkləri dözmürdü. Amma kimsənin sözünü eşitmədi. Beynində yeganə bir düşüncə vardı: "Vətən çağırır, gedib onu qorumalıyam".

O bu çağırışa qoşularaq birbaşa döyüş bölgəsinə yollandı. Qəhrəmancasına vuruşurdu, tankçı kimi nümunə göstərirdi. Əsgər yoldaşları deyirdilər ki, Əliyar həmişə soyuqqanlı, amma qərarlı idi. Hər addımı, hər hərəkəti torpağın taleyinə bağlı idi. O, yalnız tankın içində güclü deyildi, döyüş meydanında da cəsarətlə, inamla ruh yoldaşlarına da dayaq olurdu. Hər mərhələ, hər maneə onun vətən sevgisini daha çox gücləndirirdi. Tez-tez bu sözləri deyirdi: "Düşməni Şuşaya buraxmamalıyıq". Nə yazıq ki, Əliyarın cəsarəti, vətən sevgisi, torpaq eşqi onun həyatını xilas edə bilmədi. Şuşa uğrunda gedən döyüşlərdə son nəfəsinə qədər vuruşdu, amma geri dönmədi. 1992-ci il mayın 7-də həyat yoldaşına zəng vurub deyib ki, evə gələcəm, sizi görməyə. Bu, Təranə xanımın sevimli həyat yoldaşının səsini eşitdiyi son an idi. Çünki Əliyar bir daha gəlmədi. Şuşanın süqutu günü Əliyarın da ömrü yarımçıq qaldı, taleyi susdu və şəhid oldu, geri dönmədi...

Əliyardan 34 il xəbər çıxmadı. Oğlu Əliəsgər, qızı Sevinc böyüdülər, ailə qurdular, dünyaya nəvələr gəldi. Amma ürəklərində və xatirələrində Əliyarın əzəməti, cəsarəti və Vətən sevgisi həmişə yaşadı. Təranə xanım 34 il gözləri yolda, qulağı səsdə hər an bir xəbər ümidilə yaşadı. Hər zəng, hər xəbər ürəyini titrədirdi, amma bu yoxluq, bu sükut onu daha da möhkəmləndirirdi. Bilirdi ki, Əliyarın qəhrəmanlığı, sevgisi və vətənpərvərliyi hara getdisə, orada qalacaq. Və nəhayət, Şuşa azad olundu, illərlə axtarılan, xatirələrdə yaşayan igid Əliyar Zəfərdən beş il sonra Şuşadan tapıldı. Azad Şuşada aparılan axtarışda tapılan şəhid qalıqlarının kimliyi müəyyənləşdirilərkən o yenidən gündəmə gəldi. Əliyar Əliyevin adı illər sonra yenidən çəkildi - bu dəfə qürurla, Zəfərlə. Bu, təkcə bir ailənin həsrətinə son qoymadı, həsrətə bürünmüş bir qadının gözünü yollardan çəkmədi. Bu, bir millətin yaddaşında ədalətin bərpası, bir qəhrəmanın öz şəhərinə qayıdışı idi. Əliyarın ruhu üç on il idi Şuşanın sükutuna qarışmışdı, indi isə azad şəhərin havasında "nəfəs alır", ruhu dolaşır - nəşinin tapıldığı, uğrunda döyüşdüyü, canını verdiyi Şuşada, heç vaxt tərk etmədiyi ana torpaqda.

O gün Təranə xanım üçün həm qürur, həm hüzur, həm də uzun illərin həsrətinə son qoyan bir gün oldu. Bir həftə əvvəl oktyabrın 29-da nəşi doğma torpağa gətirildi, Əliyar bütöv vətənə qovuşdu. Şəhid Əliyar Əliyev millətin ruhu, azadlıq və fədakarlığın simvolu kimi tarixdə yaşamağa davam edəcək. 34 illik həsrət dolu bir zaman kəsiyi sübut etdi ki, igidlərin qanı doğma torpağa qarışdıqca Vətən dirilir, yaşayır, ucalır. Əliyar Əliyevin adı bu gün Azərbaycanın azadlıq dastanında xüsusi bir səhifədir, itkin getmiş, lakin unudulmamış igidlərin rəmzidir. Onun taleyi göstərdi ki, torpaq unutmur, Vətən susmur, Zəfər gec də olsa, ədaləti gətirir...

Əliyarın qəhrəmanlığı və 34 illik həsrət Azərbaycan xalqı üçün bir öyüd, bir xatırlatma oldu: "Vətən uğrunda verilən şəhidlər heç vaxt unudulmur və hər zəfər bir-birinə bağlı nəsillərin ruhunda yaşamağa davam edir". İndi Qarabağda, Şərqi Zəngəzurda bayrağımız dalğalanır, şəhidlərin ruhu səmalarda gülümsəyir. Hər yağışın damlasında, hər küləyin səsində bu torpağın azad ruhu var. Zəfər günümüz millətin yaddaşında yaşayan əbədi dirçəliş günüdür. Biz bu zəfəri döyüşdə qazandıq, qəlbimizdə də yaşadırıq. Hər kəs "Vətən" sözünü dilinə gətirəndə, hər bayraq dalğalananda o Zəfər yenidən doğulur.

Beş il əvvəl noyabrın 8-də göylər torpağa baş əydi, Vətən nəfəs aldı. O gün qazanılan Zəfər bu xalqın yaddaşına, ruhuna, qanına həkk olundu. Zəfər bizim yaddaşımızda və damarlarımızda axan bir həqiqətdir. O həqiqət bizə torpağı qorumaq, onu sevmək, gələcəyə daşımaq üçün şərəf, qürur və məsuliyyət verir. Çünki Zəfər sonsuzluğa yazılmış şərəfli adımızdır...


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!