09 Iyul 2024 00:50
1669
Qanunlar
A- A+

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 20-ci və 24-cü bəndlərini rəhbər tutaraq, "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16) 18.76-cı maddəsində "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc həddindən" sözləri "200 kilovatdan" sözləri ilə əvəz edilsin.
Maddə 2. "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 78 (Cild I) 2.1-ci maddəsindən "Elektrik və istilik stansiyaları haqqında"," sözləri çıxarılsın.
Maddə 3. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 778 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 13.2-ci maddəsindən "Elektrik və istilik stansiyaları haqqında"," sözləri çıxarılsın.
Maddə 4. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I) 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 53-cü maddədə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən" sözləri "su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan" sözləri ilə əvəz edilsin;
4.2. 57-ci maddədə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən" sözləri "200 kilovatdan" sözləri ilə əvəz edilsin. 
Maddə 5. "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 702 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci maddə üzrə:
5.1.1. 1.1.2-ci maddəyə "təchizatı" sözündən əvvəl "paylanması," sözü əlavə edilsin;
5.1.2. 1.1.7-ci maddədə "təchizatı" sözü "paylanması" sözü ilə əvəz edilsin;
5.1.3. 1.1.9-cu maddədə "elektrik şəbəkəsi üzrə dövlət elektroenergetika müəssisəsi, elektrik təchizatı şəbəkəsi üzrə enerji təchizatı müəssisəsi" sözləri "şəbəkə üzrə ötürücü sistem operatoru, paylayıcı şəbəkə üzrə paylayıcı sistem operatoru" sözləri ilə əvəz edilsin;
5.1.4. 1.1.12-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi güc həddinədək" sözləri "150 kVt-dək (150 kVt daxil olmaqla)" sözləri ilə əvəz edilsin;
5.1.5. 1.1.15-ci maddədə "dövlət elektroenergetika müəssisəsi" sözləri "ötürücü sistem operatoru" sözləri ilə əvəz edilsin;
5.1.6. 1.1.16-cı maddədə "dövlət elektroenergetika müəssisəsi" sözləri "ötürücü sistem operatoru" sözləri ilə, "qeyri-balansın" sözü "elektrik enerjisinin qeyri-balansının" sözləri ilə əvəz edilsin və həmin maddəyə "elektrik enerjisi istehsalının," sözlərindən sonra "saxlanmasının," sözü əlavə edilsin; 
5.2. 6.4.5-ci maddədə "dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin" sözləri "ötürücü və paylayıcı sistem operatorlarının" sözləri ilə əvəz edilsin;
5.3. 8.4.3-cü maddədə "dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi" sözləri "ötürücü  və ya paylayıcı sistem operatorları" sözləri ilə əvəz edilsin;
5.4. 10.1-ci maddədə "elektrik təchizatı şəbəkəsinə" sözləri "paylayıcı şəbəkəyə" sözləri ilə əvəz edilsin;
5.5. 14-cü maddədə "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş" sözləri "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsində nəzərdə tutulmuş" sözləri ilə əvəz edilsin;
5.6. 17-ci maddə üzrə:
5.6.1. 17.1-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən" sözləri "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilsin;
5.6.2. 17.3-cü maddədə "dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi" sözləri "ötürücü və ya paylayıcı sistem operatorları" sözləri ilə əvəz edilsin;
5.7. 19-cu maddənin adında, 19.1-ci və 19.2-ci maddələrin birinci abzaslarında "Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin" sözləri "Ötürücü və paylayıcı sistem operatorlarının" sözləri ilə əvəz edilsin.
Maddə 6. Bu Qanunun 5.1.3-cü, 5.2-ci, 5.3-cü, 5.6.2-ci və 5.7-ci maddələri  paylayıcı sistem operatoruna münasibətdə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video