"Əgər torpaq uğrunda şəhid olsam..."
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Həsənağa Bəhruz oğlu Şirvanidir. Həsənağa 23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb.
O, 2020-ci ilin aprel ayında ordu sıralarına çağrılıb. Böyük həvəslə hərbi xidmətə yollanan Həsənağa silahlardan istifadənin sirlərinə dərindən yiyələnib. Hazırlıq dövrü başa çatdıqdan sonra xidmətini Murovdağ istiqamətində davam etdirib. Əsgər Həsənağa Şirvani 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan Vətən müharibəsinə ilk atılanlardan biri olub. Komandirin döyüş əmrlərini cəsarətlə yerinə yetirib. Təəssüf ki, onun döyüş yolu qısa olub. Sentyabrın 30-da - Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə əsgər H.Şirvani ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Oktyabr ayının 1-də qoynunda dünyaya göz açdığı Binə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Anası Şəfəq Rəfiyeva övladını xatırlayıb duyğulandı. Dedi ki, Həsənağa həmişə nikbin ovqatda olardı. Təəssüf ki, onu çox tez itirdik. Ana üçün övladını bir-birindən ayırmaq, seçmək çətindir. Lakin Həsənağa fərqli, qayğıkeş övlad idi. Kiçik yaşlarından hərbçi olmağa həvəs göstərirdi. Əgər döyüşlərdə şəhid olmasaydı, ordu sıralarında qalıb xidmətini davam etdirəcəkdi. Hərbi xidmətə də çox sevincək getdi. Müharibə başlayan gün Həsənağa zəng vurub bizimlə danışdı, vəziyyətimizi soruşdu. Dedi ki, ana, özünüzdən muğayat olun. Mən torpaqlarımızın azadlığı uğrunda vuruşuram. Oğullar Vətəni qorumaq üçün doğulur. Mən də Vətənin bir övladı kimi yurdumuzun azadlığı naminə çarpışıram. Əgər torpaq uğrunda şəhid olsam, haqqını halal edərsən.
O ərəfədə işdən çıxıb evə gəlirdim. Telefonum zəng çaldı. Qardaşım idi. O ağlaya-ağlaya dedi ki, bacı, bilmirəm sənə necə deyim, dərdimiz böyükdür, Həsənağa döyüşlərdə şəhid olub. Eşitdiyim xəbərdən sarsıldım, ürəyim ayağımın altına düşdü. İndi heç həmin anı olduğu kimi xatırlaya da bilmirəm. Amma bir təsəllim var. Şəhidlik ali məqamdır, uca zirvədir. Oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Həsənağa bu zirvəyə ucalıb.
Həsənağanın böyük qardaşı Kamran Şirvani də könüllü olaraq İkinci Qarabağ müharibəsinə gedib. Qardaşı şəhid olandan sonra onu ordu sıralarından tərxis ediblər. Kamran dedi ki, Həsənağanın şəhid olduğunu eşidəndə dünya başıma fırlandı. Müharibə başlayanda qardaşım evə zəng vurub iştirakçısı olduğu uğurlu döyüşlərdən həvəslə danışırdı. Deyirdi ki, addım-addım erməni işğalçılarını geri sıxışdırırıq.
Şəhidin babası Faiq Rəfiyev Həsənağalı günləri xatırladı:
- Həsənağa ünsiyyətcil idi. Böyüklərlə həmsöhbət olmağı xoşlayardı. Hərbi xidmətə gedən gün üz-gözündən sevinc yağırdı. Zəng vuranda həvəslə danışardı. Komandirləri də onun xidmətindən razılıq edirdilər. Deyirdim ki, Həsən, Murov çox soyuq yerdir, əynini qalın elə. Cavab verirdi ki, narahat olmayın, yerimiz də, paltarımız da istidir. Həsənağanın Vətən müharibəsində cəsarətlə vuruşması, medallara layiq görülməsi məni xeyli qürurlandırdı.
Əsgər yoldaşı Kərim Şükürov Həsənağanın şəhid olduğu anı xatırlayaraq dedi ki, döyüşün qızğın vaxtı idi. Düşmən mövqelərini vurmaqda davam edirdik. Artilleriya qurğularından atdığımız mərmilər hədəfə dəqiq çatırdı. Qəflətən batareya komandiri dedi ki, ermənilər pilotsuz aparatla yerimizi çəkdi. Təcili sığınacağa girin. Lüləyə qoyduğumuz mərmini hədəfə atıb sığınacağa döndük. Bu vaxt Həsənağa ilə mənim arama mərmi düşdü. Mən ağır yaralandım. Ətrafa ha boylansam da, Həsənağanı görmədim. Onun ölüm xəbəri məni çox kədərləndirdi. Həsənağa qorxmaz, cəsur bir əsgər idi.
Bacısı Zəhra Şirvani dedi ki, Həsənağanın meyitini həyətə gətirəndə qışqırıb haray salmadım. Sakit addımlarla üçrəngli bayrağa bürünmüş tabutuna yaxınlaşıb, başımı ona söykəyib göz yaşları axıtdım. İndi qardaşımı hər yerdə hiss edirəm. Sanki o mənim yanımdadır, arxamdadır. Mənim üçün Həsənağa ölməyib. O, əbədi olaraq ürəklərə, qəlblərə köçüb.
Şəhid bacısı sözündə haqlı idi. Şəhidlər ölmürlər, çünki onlar müqəddəs zirvədə əbədilik qazanırlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb
08 May
Eçmiadzin arxiyepiskopu Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb
08 May
Kosmos üçün nəzərdə tutulmuş yeni skafandr təqdim edilib
08 May
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
08 May
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
08 May
Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb
08 May
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
08 May
Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb
08 May
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb
08 May
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!