08 May 2024 16:44
399
DÜNYA
A- A+

“TikTok” ABŞ hökumətini məhkəməyə verib  

 

ABŞ hökumətinin qəbul etdiyi yeni qərara görə, Çinin “ByteDance” holdinq kompaniyası “TikTok”u satışa çıxarmalıdır, əks halda, bu tətbiqin Birləşmiş Ştatlarda istifadəsinə qadağa tətbiq ediləcək. Kompaniya hesab edir ki, bu qərar söz azadlığının pozulmasıdır və Çin iqtisadiyyatına ziyan vurur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, kompaniya amerikalı istifadəçilərin Çindəki serverdən ayrılmasına 1,5 milyard dollar xərcləməyə hazırdır, hətta ABŞ-ın “Oracle” şirkətinin onlara nəzarət etməsinə razı olub. “ByteDance” holdinq kompaniyası bildirir ki, ABŞ-ın tətbiq etdiyi qadağa “TikTok”u proqram şifrinin “milyonlarla sətrini” yeni sahibinə təhvil verməyə məcbur edəcək.

Konqresin də təsdiq etdiyi bu qanun “TikTok”un 2025-ci il yanvarın 19-dək faktiki bağlanmasına səbəb olacaq və onun 170 milyon amerikalı istifadəçisini səs hüququndan məhrum edəcək. Belə ki, platforma başqa resurslarda həyata keçirilməsi mümkün olmayan səviyyədə özünüifadə və ünsiyyət imkanları təqdim edir.

Bundan sonra “TikTok”un iddialarının nə dərəcədə əsaslı olduğunu və sözügedən qanunun söz azadlığına, habelə ABŞ Konstitusiyasına uyğunluğu məsələsini məhkəmə həll edəcək.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video