07 May 2026 03:19
1725
Qanunlar
A- A+
"Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 13-cü və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Dövlət icra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I); 2025, № 1, maddə 1, № 2, maddə 100, № 5, maddə 440,  № 7, maddə 617, № 8, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7-ci maddənin birinci hissəsinin yeddinci abzasına "təşkilatlarındakı" sözündən sonra ", elektron pul təşkilatlarındakı" sözləri əlavə edilsin;

1.2. 8-ci maddənin birinci hissəsi üzrə:

1.2.1. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

"tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəltmək;";

1.2.2. on birinci abzasda "yerinin, əmlakının," sözləri ", onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun" sözləri ilə əvəz edilsin.

Maddə 2. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744) aşağıdakı dəyişikliklər edilsin: 

2.1. 17.1.4-cü maddədə "sənədləri" sözü "sənədlərinə" sözü ilə əvəz edilsin, həmin maddədən hər iki halda "onun verilməsinə əsas olan" sözləri çıxarılsın və həmin maddədə ikinci halda "sənədlərinin" sözü "qeydinin" sözü ilə əvəz edilsin;

2.2. 27-ci maddənin adına "uşağının" sözündən sonra ", habelə borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri əlavə edilsin;

2.3. 84-1-ci maddə üzrə:

2.3.1. adında "Borclunun" sözü "Borclu fiziki şəxsin" sözləri ilə əvəz edilsin;

2.3.2. 84-1.1-ci maddənin birinci və ikinci cümlələrində "qərarı" sözü "qərardadı" sözü ilə əvəz edilsin.

Maddə 3. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753 (Cild I); 2024, № 12 (II kitab), maddə 1334) 4.2.10-cu maddəsinə "təşkilatına" sözündən sonra ", elektron pul təşkilatına" sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21aprel 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!