11 İyul 2026 01:15
846
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 3, maddə 211; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli və 21 aprel tarixli 387-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.0.29-cu maddədə "və tərcüməçidir" sözləri ", tərcüməçi, habelə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxsdir" sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 99-1-ci maddə əlavə edilsin:

"Maddə 99-1. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs

99-1.1. Təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılırlar.

99-1.2. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində göstərilən şəxsin müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edir. 

99-1.3. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

99-1.3.1. cinayət işinə əlavə edilməsi və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

99-1.3.2. etirazlar etmək və vəsatətlər vermək;

99-1.3.3. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək; 

99-1.3.4. qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və cinayət işi materiallarının tədqiqində iştirak etmək, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək;

99-1.3.5. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

99-1.3.6. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

99-1.3.7. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

99-1.3.8. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq;

99-1.3.9. əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməsi barədə qərarın çıxarılıb-çıxarılmamasından asılı olmayaraq, xüsusi müsadirəni və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə xüsusi müsadirənin tətbiq olunması, mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması hissəsində məhkəmənin hökmü və ya digər yekun qərarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək;

99-1.3.10. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

99-1.4. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

99-1.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

99-1.4.2. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

99-1.4.3. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

99-1.4.4. məhkəmə iclasında qaydaya riayət etmək;

99-1.4.5. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

99-1.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

99-1.5. Məhkəmə cinayət işlərinə, habelə əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxsin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verdiyi şikayətə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclaslarında iştirak etmək hüququndan istifadə etməsi üçün onun müvafiq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş tədbirləri görməlidir.

99-1.6. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

99-1.7. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs şəxsən, qanuni nümayəndəsi və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.";

1.3. 249.3.4-cü maddədə "və atasının adı" sözləri ", atasının adı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan" sözləri ilə əvəz edilsin;

1.4. 252.1.4-cü maddəyə ikinci halda "yer" sözündən sonra ", hüquqi şəxsin adı və yerləşdiyi ünvan" sözləri əlavə edilsin;

1.5. 253.0-cı maddə üzrə:

1.5.1. ikinci cümlədə "həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək" sözləri "əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxs əmlak üzərinə həbs qoyulması barədə müstəntiqin qərarından məhkəmə nəzarəti qaydasında bu Məcəllənin 449-cu maddəsinə uyğun olaraq, məhkəmənin qərarından isə bu Məcəllənin 454-cü maddəsinə uyğun olaraq şikayət vermək" sözləri ilə əvəz edilsin;

1.5.2.  üçüncü cümlə çıxarılsın;

1.6. 383.1.7-ci və 384.1.12-ci maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 383.1.8-ci və 384.1.13-cü maddələr əlavə edilsin:

"383.1.8. xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə - xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi.";

"384.1.13. xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması barədə hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıldıqda."; 

1.7. aşağıdakı məzmunda 384.3-1-ci maddə əlavə edilsin:

"384.3-1. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməmiş şəxs tərəfindən hüquqlarının pozulmasını ehtimal etdiyi məhkəmə hökmündən və ya digər yekun qərardan apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət hökmün və ya digər yekun qərarın surətinin alındığı və ya həmin hökmlə və ya digər yekun qərarla hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanır.";

1.8. 405.1.4-cü və 405.2.3-cü maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 405.1.5-ci və 405.2.4-cü maddələr əlavə edilsin:

"405.1.5. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.";

"405.2.4. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.";

1.9. 409.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 409.1.7-ci maddə əlavə edilsin:

"409.1.7. xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi.";

1.10. aşağıdakı məzmunda 409.5-1-ci və 410.1.2-1-ci maddələr əlavə edilsin:

"409.5-1. Bu Məcəllənin 409.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslər yalnız xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə şikayət vermək hüququna malikdirlər.";

"410.1.2-1. əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməmiş şəxs tərəfindən hüquqlarının pozulmasını ehtimal etdiyi məhkəmə hökmündən və ya digər yekun qərardan - hökmün və ya digər yekun qərarın surətinin alındığı və ya həmin hökmlə və ya digər yekun qərarla hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan 3 (üç) ay müddətində;";

1.11. 416.1.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 416.1.23-cü maddə əlavə edilsin:

"416.1.23. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəlləvə digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.";

1.12. 422.3-cü maddəyə "nümayəndələri," sözündən sonra "bu Məcəllənin 409.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslər və ya onların nümayəndələri (yalnız xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə)," sözləri əlavə edilsin;

1.13. aşağıdakı məzmunda 449.3.4-4-cü maddə əlavə edilsin:

"449.3.4-4. əmlak üzərinə həbs qoyulması;".

Maddə 2. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15, № 4 (I kitab), maddə 322, № 8, maddə 743, № 11, maddə 1011; 2026, № 1, maddələr 8, 16, № 3, maddə 207; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanunu) 183.2-ci maddəsi ləğv edilsin.

Maddə 3. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanunu) 89-cu maddəsinə birinci halda "əmlakın" sözündən sonra "(cinayət işləri üzrə hökmlərin və qərarların əmlakın alınmasına dair hissəsi istisna olmaqla)" sözləri əlavə edilsin.


İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!