Dostluqdan müttəfiqliyə
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iki ölkənin münasibətlərinin inkişafını yeni mərhələyə daşımaqla yanaşı, dünyaya verilən mühüm mesajlarla əlamətdar oldu.
Prezidentlərin açıqlamaları göstərdi ki, sürətlə dəyişən dünya nizamında türk dövlətləri öz uğurları və əlaqələrin inkişafı ilə bütün türk dünyasının yüksəlişinə töhfə verməyi prioritet istiqamətlər kimi müəyyən ediblər. Ona görə bu səfər həm də türk dünyasının mühüm siyasi hadisəsinə çevrildi.
Münasibətlərin kökündə ortaq dəyərlər dayanır
Azərbaycan və Qazaxıstanın münasibətlərinin məğzində əlbəttə ki, hər iki dövlətin xalqlarının ortaq mənşəyə, eyni soy-kökə malik olması kimi mühüm amillər dayanır. Ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Orta Asiyanın ən böyük türk dövlətlərindən olan Qazaxıstanı Azərbaycanla mənəvi ortaqlıqdan başqa digər dəyərlər də bağlayır. Hər iki türk dövləti gələcək perspektivlərlə bağlı oxşar inkişaf strategiyasına malikdir. Eyni zamanda hər iki dövlət öz inkişafının aktiv fazasındadır. İri neft-qaz ixracatçısı olan Azərbaycan və Qazaxıstan qlobal enerji təhlükəsizliyinin real təminatçıları rolunda çıxış edirlər. Bütün bunlarla yanaşı, hər iki ölkə "Şərq-Qərb" nəqliyyat dəhlizinin iştirakçısı olmaqla, bu istiqamətdə marşrutların inkişafına mühüm töhfələr verir, beynəlxalq məsələlərdə ortaq mövqe nümayiş etdirir, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq edirlər.
Bu günlərdə Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri isə iki türk dövləti arasında strateji müstəviyə qədəm qoymuş qarşılıqlı münasibətlərin daha da inkişafı üçün geniş imkanların olduğunu göstərdi. Onu da qeyd edək ki, son il yarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Qazaxıstan Prezidenti isə bu dövrdə üçüncü dəfə ölkəmizə gəldi. Səfərlərin dinamikası da təsdiqləyir ki, Azərbaycan-Qazaxıstan münasibətləri həm strateji tərəfdaşlıq, həm dostluq, həm qardaşlıq, həm də mehriban qonşuluq çərçivəsində daha da genişlənməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir: "Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir".
Qardaş dəstəyi
Qazaxıstan dövləti hər zaman Azərbaycanın haqlı mövqeyinə dəstək göstərib. Bu, Vətən müharibəsindən əvvəl də belə olub, sonra da. Ermənistanın da təmsil olunduğu KTMT-də Azərbaycanın ən yaxın tərəfdaşlarından biri Qazaxıstandır. Hələ 2020-ci ilin dekabr ayında Prezident İlham Əliyevə doğum günü münasibətilə göndərdiyi təbrik məktubunda Qazaxıstan Prezidenti qeyd edirdi: "Sizin güclü rəhbərliyinizlə qardaş Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz dövlətinin ərazi bütövlüyünü bərpa etməyi bacardı, sosial-iqtisadi inkişafda və milli birliyin möhkəmlənməsində sanballı uğurlar qazandı".
Mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələyə toxunaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlığını ifadə etdi. Bununla yanaşı, Qazaxıstan dövləti Azərbaycana ərazilərinin bərpasında da qardaş dəstəyini göstərir və martın 12-də hər iki ölkənin Prezidentinin iştirakı ilə açılışı olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bunun bariz nümunəsidir. Kasım-Jomart Tokayevin şəxsi qərarı ilə belə bir mərkəzin inşası Prezident İlham Əliyev və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısının dediyi kimi, bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Bu mərkəz həm də Azərbaycan-Qazaxıstan qardaşlığının mərkəzi olacaq. Qazaxıstan Prezidenti də səfərdən əvvəl "Azərbaycan" qəzetinə verdiyi müsahibədə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.
Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı Füzuli və Şuşaya getməsi həm də qardaş dövlətin Azərbaycanın zəfərinə və haqq işinə dəstəyinin ifadəsinə çevrildi.
Əməkdaşlıq gündəliyi zəngindir
Azərbaycan-Qazaxıstan əməkdaşlığının gündəliyi olduqca zəngindir. Bu istiqamətdə potensial böyükdür. Martın 11-də prezidentlərin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında qeyd edildiyi kimi, gündəlikdə iqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafı, neft-qaz, bərpaolunan enerji mənbələri, nəqliyyat-logistika sahələrində, rəqəmsal kommunikasiyalar, həmçinin mədəni-humanitar sahələrdə əməkdaşlıq kimi məsələlər var. Bu sahələrdə əlaqələrin inkişafı isə yalnız Azərbaycanla Qazaxıstan arasında deyil, bütün türk coğrafiyasında, TDT çərçivəsində əməkdaşlığın böyüməsinə mühüm töhfələr verəcək. Səfər zamanı imzalanan 10 sənəd də əlaqələrin inkişafının geniş və əhatəli olduğunu göstərir.
Azərbaycanla Qazaxıstan oxşar keçmişə, bu günə və sabaha malikdir. Ən əsası, iki dövlət ortaq milli dəyərləri bölüşür və bütün bunlar münasibətlərin məzmununda öz əksini tapır. Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsini Prezident İlham Əliyevin bir cümləsi ilə dəqiq ifadə edə bilərik: "Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir".
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb
08 May
Eçmiadzin arxiyepiskopu Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb
08 May
Kosmos üçün nəzərdə tutulmuş yeni skafandr təqdim edilib
08 May
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
08 May
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
08 May
Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb
08 May
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
08 May
Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb
08 May
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb
08 May
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!