07 Aprel 2026 12:32
157
İQTİSADİYYAT
A- A+
Donald Trampın bəyanatları və neftin qiyməti  

Donald Trampın bəyanatları və neftin qiyməti  


ABŞ Prezidenti Donald Trampın İrana Hörmüz boğazını açması üçün aprelin 6-na kimi verdiyi vaxt artıq bitib. Bu haqda Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib. O bildirib ki, İran boğazı açmasa ağır zərbələrə məruz qalacaq.

AZƏRTAC xəbər verir ki, D.Trampın çıxışından sonra neftin qiyməti artmağa başlayıb. Belə ki, Londonun ICE birjasında “Brent” markalı fyuçer neftinin bir barelinin qiyməti 2,43 faiz artaraq 111,89 dolları ötüb.

Bu arada İran ABŞ-nin bütün təkliflərini rədd etdiyini bəyan edərək Hörmüz boğazını açmayacağını bildirib. ABŞ Prezidentinin hədələrinə cavab verən Tehran rəsmiləri “Yaxın Şərqi cəhənnəmə çevirəcəyik” bəyanatını səsləndirib.

Geosiyasi proseslərin müharibə ilə davam etməsi dünya enerji bazarındakı gərginliyi daha da artırıb. Halbuki, bir neçə gün öncə ABŞ şəhərlərində milyonlarla insanın iştirakı ilə kütləvi aksiyalar keçirildi və müharibənin başa çatdırılması tələb edildi. Bundan sonra elə bir atmosfer yaranmışdı ki, bu siyasi turbulentlikdən çıxmaq üçün hamı D.Trampın pozitiv fikir söyləyəcəyini gözləyirdi. Lakin o müharibənin hələ davam edəcəyini və İrana quru qoşun yeridəcəyini sətiraltı qaydada büruzə verdi.

“Reuters” yazır ki, neftin dünya bazarına çıxış yolunun bağlı qalması iqtisadi fəsadlar törətməkdə davam edir. Pakistanın Maliyyə Nazirliyinin bəyanatına görə, ölkədə 12 günlük neft ehtiyatı qalıb. Ölkədəki təhsil müəssisələri bağlanıb və tələbələr distant təhsilə keçirilib. Dövlət strukturlarına məxsus nəqliyyat vasitələrinə ayrılan yanacaq 50 faiz azaldılıb. Nəqliyyat vasitələrinin 60 faizinin istifadəsinə qadağa qoyulub. Dövlət orqanları 4 günlük iş rejiminə keçiblər.

İranın Hörmüz üzərində protektoratlığı və boğazdan gəmilərin keçidi üçün rüsum toplamağa çalışması ABŞ Senatını qıcıqlandırıb. Respublikaçı senator Lindsi Qrem bildirib ki, müharibənin nəticəsindən asılı olmayaraq Hörmüz boğazını İranın əlində qalmasına imkan vermək olmaz. Onun fikrincə, ABŞ özü boğaza nəzarət etməlidir və bunun üçün lazım olunan tədbirlər həyata keçirilməlidir.

“Bloomberg” məlumat yayıb ki, ötən həftə İran boğazdan 21 tankerin keçməsinə icazə verib. İranın istisnalarla boğazdan tanker buraxması bazarda neftin qiymətinin kritik bahalaşmasını ləngidir. Tankerlər Türkiyə, İraq, Çin, Hindistan və Yaponiyaya məxsus olub. Lakin bu da bazarın tələbini ödəmir. Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından sutkada 135 gəmi keçirdi.

İran İslam Şurası Məclisinin (parlamentin) milli təhlükəsizlik komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, İran parlamenti Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı qanun hazırlayır. Hələlik isə hərbi əməliyyatlar və onun doğurduğu yanacaq böhranı davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada yanacaqdoldurma məntəqələrinin 18 faizində yanacaq çatışmazlığı var  

16:23
07 Aprel

Gecikdirilmiş 201 min manata yaxın vəsait işçilərə ödənilib, 44 nəfər əvvəlki işinə bərpa olunub  

16:06
07 Aprel

Macarıstanda ABŞ Vitse-prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib  

15:45
07 Aprel

Ədliyyə naziri: İsrail Baş konsulluğu ətrafında baş verən silahlı insidentlə bağlı istintaq başladılıb  

15:35
07 Aprel

Fransa döyüş gəmilərinin sayını artırır

15:26
07 Aprel

BMT TŞ-də Hörmüz boğazının açılmasına dair qətnamə üzrə səsvermə keçiriləcək  

15:11
07 Aprel

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib  

14:41
07 Aprel

Türkiyənin C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat açıqlanacaq

14:16
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanır  

14:00
07 Aprel

Xocavənd şəhərində daha 33 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2  

13:36
07 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:26
07 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

12:53
07 Aprel

Mətbuat Şurası: Media orqanları bəzən hansısa yanlış təqdimatı araşdırma aparmadan, olduğu kimi yayımlayır  

12:48
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

12:46
07 Aprel

Çində dünya rekordu: 113 metr dərinlikdə sualtı dəmir yolu tuneli  

12:39
07 Aprel

Donald Trampın bəyanatları və neftin qiyməti  

12:32
07 Aprel

İsrail Müdafiə Qüvvələri: İranın 130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib  

12:21
07 Aprel

Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

12:18
07 Aprel

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

12:14
07 Aprel

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir  

12:11
07 Aprel

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib  

11:58
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!