07 Aprel 2026 08:57
195
İQTİSADİYYAT
A- A+
Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub


"Aqrar Məşvərət Şurası" İctimai Birliyinin növbəti iclası keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. İclasda kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi mövzusu geniş müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə rəqəmsal transformasiyanın əhəmiyyətinə toxunub. Nazir qeyd edib ki, müasir texnologiyaların, xüsusilə süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal infrastrukturun gücləndirilməsi, məlumatların inteqrasiyası və innovativ texnologiyaların geniş tətbiqinin aqrar sahədə effektiv idarəetmənin əsasını təşkil etdiyini vurğulayıb. Nazir bildirib ki, həyata keçirilən rəqəmsal transformasiya təşəbbüsləri süni intellekt və böyükhəcmli məlumatların analizi imkanlarını genişləndirir və bu yanaşma kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, risklərin daha dəqiq idarə olunmasına şərait yaradır.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə innovativ yanaşmaların tətbiqi, məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin inkişafı və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini bildirib.

İclas çərçivəsində "Rəqəmsal inkişafın sürətləndirilməsi" mövzusunda təqdimatla çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev aqrar sahədə rəqəmsal transformasiyanın genişləndirilməsi üçün mövcud imkanlar, tətbiq olunan texnoloji həllər və gələcək inkişaf istiqamətləri barədə məlumat verib. Təqdimatda məlumatların vahid platformada toplanması, süni intellekt əsaslı alətlərin biznes proseslərinə inteqrasiyası və fermerlər üçün əlçatan rəqəmsal xidmətlərin inkişaf etdirilməsi xüsusi vurğulanıb. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı aqrar sahədə rəqəmsal transformasiyanın əsas prioritetlərini açıqlayıb. O, məlumat əsaslı idarəetmə sistemlərinin inkişafı, rəqəmsal platformaların tətbiqi, süni intellekt və innovativ texnologiyaların istehsal proseslərinə inteqrasiyası, eləcə də fermerlər üçün rəqəmsal xidmətlərin genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Daha sonra "Aqrar süni intellekt" layihəsinin rəhbəri Surxay Novruzov layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Tədbirdə kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.


"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa döyüş gəmilərinin sayını artırır

15:26
07 Aprel

BMT TŞ-də Hörmüz boğazının açılmasına dair qətnamə üzrə səsvermə keçiriləcək  

15:11
07 Aprel

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib  

14:41
07 Aprel

Türkiyənin C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat açıqlanacaq

14:16
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanır  

14:00
07 Aprel

Xocavənd şəhərində daha 33 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2  

13:36
07 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:26
07 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

12:53
07 Aprel

Mətbuat Şurası: Media orqanları bəzən hansısa yanlış təqdimatı araşdırma aparmadan, olduğu kimi yayımlayır  

12:48
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

12:46
07 Aprel

Çində dünya rekordu: 113 metr dərinlikdə sualtı dəmir yolu tuneli  

12:39
07 Aprel

Donald Trampın bəyanatları və neftin qiyməti  

12:32
07 Aprel

İsrail Müdafiə Qüvvələri: İranın 130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib  

12:21
07 Aprel

Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

12:18
07 Aprel

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

12:14
07 Aprel

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir  

12:11
07 Aprel

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib  

11:58
07 Aprel

Xocavənd şəhərinə növbəti köç yola salınıb

11:52
07 Aprel

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib  

11:50
07 Aprel

Astronomlar nəhəng ulduz partlayışları nəzəriyyəsini dəstəkləyən dəlillər tapıblar  

11:42
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  

11:40
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!