17 Fevral 2024 02:03
7475
Qanunlar
A- A+

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990; 2020, № 6, maddə 663; 2021, № 8, maddə 903; 2022, № 8, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci maddənin ikinci cümləsində, 4.1-ci, 4.2-ci maddələrdə, 5.1-ci maddənin birinci cümləsində, 6.1-ci (hər iki halda) maddədə, 6.2-ci maddənin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrdə, 9.2-ci maddənin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrdə, 11.2-ci maddənin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1-13.3-cü, 13.6.1-ci, 13.6.3-cü, 15.2-ci, 20.6-cı, 23.1-ci maddələrdə, 23.2-ci maddənin ikinci cümləsində, 28.1-ci maddənin ikinci cümləsində və 29.2-ci maddədə ismin müvafiq hallarında "orqanı" sözü ismin müvafiq hallarında "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.
2. 13.6.2-ci maddədə "orqanlarına" sözü "orqanının müəyyən etdiyi orqanlara (qurumlara)" sözləri ilə əvəz edilsin.
3. 15.3-cü maddədə ", liman qurğularının istismarı, yükaşırma" sözləri "(liman qurğularının istismarı və yükaşırma daxil olmaqla)" sözləri ilə, "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 15.3-1-ci maddə əlavə edilsin:
"15.3-1. Bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən edilir:
15.3-1.1. gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;
15.3-1.2. dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;
15.3-1.3. gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;
15.3-1.4. gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması.".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video